Azərbaycan filologiyası porno həyat yaşayır

Aqşin Yenisey, yazıçı, şair

Aqşin Yenisey, yazıçı, şair

18 sentyabr 2023
# 09:04

Kulis.az Aqşin Yeniseyin "Yeni kitabxana" adlı yazısını təqdim edir.

Kitabxana "akademik məbəd" olmamalıdır. Alimlik "elmi kahinlik" olmamalıdır. Göydəndüşmə həqiqət anlayışı cəfəngiyyatdır.

Səhərin gözü açılmamış, allah qoymasa, bir şair olaraq, aşiqlik fəlsəfəsinə yenidən bi daldım. Kimdi aşiq?

Suala kişi tayfasını göz yaşlarına qərq edən mövqedən cavab verməyə çalışacağam.

Qadın yeganə varlıqdır ki, bioloji varlıqdan kosmik (evrensel) statusa yüksəlib. "Ana" ilk allahın adıdır. Əhliləşdirəndir. İnsan iti, eşşəyi əhliləşdirib, qadın kişini.

İlk mətni "Gilqamış"ı oxu, qadının kim olduğunu anlayacaqsan.

Mədəniyyətin aşiq kimi təqdim etdiyi kişi kimdir? Gilqamış, Məcnun, Romeo və s.

Hamısı sevib ədəbiyyata təkbaşına düşmüş "eşq sərgərdanları".

Evdəki qadının ən zəhləsi gedən kişi növüdür Məcnun. Niyə?

Məcnun Ana kultuna ziddir. Məcnun, matriarxal Don Kixotdur. Başa çatmaqda olan dövranın son bayquşudur. Məcunundan damazlıq olmaz. Məsələ bitdi.

Amma kitabxanamız sürəkli Məcnunu tirajlayır. Məcnunun akademik ikonası arxasında Azərbaycan filologiyası porno həyat yaşayır.

Kitabxanalarımızı yeniləməliyik!

# 2315 dəfə oxunub

Oxşar xəbərlər

“Mən burdayam, ilahi!”  filminin premyerası baş tutdu

“Mən burdayam, ilahi!” filminin premyerası baş tutdu

13:16 29 sentyabr 2023
Dueyn Conson məşhurluqdan danışdı

Dueyn Conson məşhurluqdan danışdı

13:00 29 sentyabr 2023
Məşhur qrup sərvətini xeyriyyəçiliyə sərf edəcək

Məşhur qrup sərvətini xeyriyyəçiliyə sərf edəcək

12:14 29 sentyabr 2023
Pəncərə - Natiq Rəsulzadənin yeni hekayəsi

Pəncərə - Natiq Rəsulzadənin yeni hekayəsi

12:00 29 sentyabr 2023
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başa çatdı

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başa çatdı

11:30 29 sentyabr 2023
Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı - Foto

Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı - Foto

10:51 29 sentyabr 2023
# # #