Musiqiçilərimiz Füceyrə Beynəlxalq Ud Forumunda

Musiqiçilərimiz Füceyrə Beynəlxalq Ud Forumunda
9 may 2025
# 16:00

Birləşmiş Ərəb Əmirliklərinin Fücəyrə əmirliyində “Bir ud, müxtəlif mədəniyyətlər” şüarı altında keçirilən Fücəyrə Beynəlxalq Ud Forumunun açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, forum Fücəyrə Valisinin vəliəhd şahzadəsi, əlahəzrət Şeyx Məhəmməd bin Həməd əl-Şərqinin dəstəyi ilə həyata keçirilib.

Tədbirin açılış mərasimində 50 beynəlxalq musiqiçidən ibarət orkestrin müxtəlif musiqi janrlarını birləşdirən konsert proqramı təqdim olunub. Forum çərçivəsində fərdi və qrup çıxışları, ustad dərsləri, eləcə də tanınmış ud ifaçılarının iştirakı ilə maraqlı sərgilər təşkil edilib.

Musiqiçilərimiz Rəşad İbrahimov, Təbriz Yusubov, Çinarə Heydərova, Nisbət Sədrayeva, İdris Hüseynov, Vüsal Bayramov və Rafael Əsgərov yüksək səviyyəli çıxışları ilə tamaşaçıların və münsiflərin rəğbətini qazanaraq mükafatlandırılıblar.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova forumda Fəxri qonaq qismində iştirak edib.

# 1868 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

Türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - Səbəb

17:00 24 oktyabr 2026
"Call of Duty" oyununun  filmi yayımlanacaq

"Call of Duty" oyununun filmi yayımlanacaq

16:00 24 oktyabr 2026
Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin anım günü keçirildi

14:37 24 oktyabr 2026
Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Zendaya "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər