Jeleyəbənzər mərkəzi qərargah - Simran Qədim

Jeleyəbənzər mərkəzi qərargah - Simran Qədim
9 may 2025
# 11:00

Kulis.az Simran Qədimin "Jeleyəbənzər mərkəzi qərargah" yazısını təqdim edir.

Bu üç anlayışa diqqət edək: beyin, zehin və şüur.

Beyin (brain) bir orqandır, yəni ürək, mədə, böyrək kimi müəyyən funksiyaları yerinə yetirir. Beynimizdə müxtəlif işlərə cavabdeh sahələr var. Məsələn, beyin qabığı qavrama, düşünmə, planlaşdırma və qərarvermə, limbik sistem emosiyalar və yaddaş, beyincik hərəkət koordinasiyası və bacarıqları, beyin kötüyü tənəffüs, ürək döyüntüsü və digər həyati proseslərin tənzimlənməsi kimi funksiyalara nəzarət edir.

Zehin (mind) düşünmə, qərarvermə, xatırlama, təsəvvür etmə və emosional reaksiyalar kimi koqnitiv və psixi proseslərin məcmusudur. Zehni proseslər həm anlaqlı, həm də anlaqsız şəkildə gedir. Düşüncələrimizi və qərarlarımızı idarə etdiyimizi fikirləşsək də, beyinin alt sistemləri var. Alt sistemlər iradəmizdən asılı olmadan çalışır və içimizdəki müxtəlif “Mən”ləri yaradırlar.

Bir sıra araşdırmalar hətta bəzi vərdişlərdə, reflekslərdə, instinktlərdə də zehni proseslərin müəyyən dərəcədə rol oynadığını bildirir. Zehin kompüterdəki proqram təminatına bənzəyir. Kompüterə (beyinə) hansı proqramları (bilik və bacarıqları) yükləsək, elə də işləyəcək.

Şüur (consciousness) insanın özünü və ətraf aləmi qavrama, hiss etmə, reaksiya vermə qabiliyyətidir. “Mən kiməm?”, “nə edirəm?”, “nə baş verir?” kimi sualları duymaqla bağlı daxili vəziyyətdir. Məsələn, ağrının, rəngin, səsin, dadın və ya qoxunun qavranması, yaxud da, sadəcə, mövcud olduğunun və düşündüyünün fərqinə varmaq.

Burada bir məqam var: bütün şüurlu fəaliyyətlər zehinə aiddir. Amma bütün zehni fəaliyyətlər şüurlu deyil. Məsələn, qəfil ağlıma gələn fikir, yadıma düşən xatirə zehnin məhsuludur, şüurun yox. Şüur zehnin içindəki “işıqlandırılmış səhnə” kimidir.

Beyin fiziki olaraq görüb toxuna biləcəyimiz bir orqan olsa da, zehin və şüur mücərrəd anlayışlardır. Materiyada nə zehin yer tutur, nə də şüur. Hər ikisi beynimizdə gedən fiziki, biokimyəvi proseslərin psixi təzahürüdür. Belə ki, beynimizdə 100 milyarda yaxın neyron trilyonlarla siqnal ötürüb sinir şəbəkələrini, dolayısı ilə, zehni və şüuru yaradır.

Beləliklə, beyin bir maşın, zehin onun necə işləməsini yönləndirən proqram təminatı, şüur isə bu proqram təminatının qismən öz-özünü izləyib fərqində olmasıdır. Məsələ bundadır ki, ardıcıllığın sonunda dayanan şüur doğru vərdişlərlə, sağlam təfəkkürlə, ağıllı qərarlarla qayıdıb həm zehnə, həm də beyinə təsir göstərə bilir.

Əlbəttə, mövzu bu qədər sadə deyil. Beyinlə bağlı cavabsız suallar çoxdur və yeni elmi biliklər daim yeni baxış bucaqları yaradır.

# 2767 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər