“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu

“Boradigah tarixi qaynaqlarda”  kitabı çap olundu
10 may 2025
# 15:06

Azərbaycanın qədim və böyük yaşayış məskənlərindən olan Masallının Boradigah qəsəbəsi haqqında kitab nəşr olunub.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, araşdırmaçı jurnalist Sücəddin Şərifovun müəllifi olduğu “Boradigah tarixi qaynaqlarda” kitabı zəngin arxiv materialları əsasında yazılıb.

Kitabda Azərbaycanın tarixi kəndlərindən olan Boradigah sözünün mənası açıqlanıb, kəndin qədim inzibati sərhədləri, coğrafi mövqeyi ilə bağlı bilgilər toplanıb.

Azərbaycanın müxtəlif tarixi dövrlərini - Rusiya imperiyası, SSRİ və müasir zamanımızı əhatə edən zəngin sənədlər əsasında Boradigahın məhəllələrinin, təhsilinin, səhiyyəsinin, məscidlərinin, qəbiristanlıqlarının, ocaqlarının, bazarının, hamamlarının tarixi barədə arxiv materialarına söykənən məlumatlar verilib.

“Boradigah tarixi qaynaqlarda” kitabında boradigahlıların Talış xanlığının yaranmasında iştirakı, onlarla qohumluq münasibətləri və fikir ayrılıqları haqqında arxiv sənədləri təqdim olunub.

Kitabda həmçinin Boradigahda müxətlif vaxtlarda buradakı məktəbə, kolxoza, xəstəxanaya rəhbərlik edənlər və onların fəaliyyəti haqqında müfəssəl bilgi verilib.

Kitabda sənədlər əsasında Birinci və İkinci Dünya Müharibəsi ərəfəsində Boradigahda baş verən hadisələr yer alıb, Böyük Vətən Müharibəsində iştirak edən, həlak olan və itkin düşən insanların siyahısı təqdim edilib.

Çar Rusiyasından bəri Boradigahda yaşayanların, qəsəbənin qəhrəman analarının, əmək veteranlarının, orden və medallarla təltif edilənlərin siyahıları verilib.

Kitabda diqqətçəkən maraqlı tarixi hadisələr də yazılır. Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycanda Sovet Hökümtinin başçısı Nəriman Nərimanovun Boradigaha səfərləri, 30-50-ci illərdə ölkəyə başçılıq etmiş Mir Cəfər Bağırovun qəbulunda olan kənd sakinlərinin görüşlərinin təfərrüatları açıqlanıb.

“Boradigah tarixi qanyaqlarda” tarixlə maraqlananlar, elmi işçilər üçün faydalı mənbədir.

# 2726 dəfə oxunub

Oxşar xəbərlər

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər