Avtobuslarda hər gün gördüyümüz 10 tip

Avtobuslarda hər gün gördüyümüz 10 tip
3 noyabr 2021
# 21:00

Kulis.Az şəhərkənarı avtobuslardakı 10 azərbaycanlı tipini təqdim edir.

1. Növbəni hələ dayanacaqda ikən pozanlarbu adamlar avtobusa minəndə elə bil sərbəst güləşə başlayırlar. Qadın, uşaq, qoca deməyib hamını sağa-sola itələyirlər.

Image result for avtobus

2. Qadınlara və yaşlılara yer verməmək üçün telefonda qurdalananlar - əsasən oyun oynayırlar. Facebookda və Vatsapda yazışanlara da rast gəlmək olur.

İyunun 25-dən Bakıda maskasız sərnişinlər olacağı halda avtobus dayanacağı  tərk etməyəcək - RƏSMİ

3. Özünü qulaqlığa qapdıranlarhirsli sürücünün, narazı sərnişinlərin qışqırığını eşitməmək, ümumiyyətlə gərgin və ədəbsiz ab-havadan təcrid olunmaq üçün bu ən unikal yoldur.

Как путешествовать с комфортом в туристическом автобусе

4. Maşının ortasına keçmək istəməyənlərqapının ağzında duranda sanki bunlara mükafat verəcək, yaxud ciblərinə pul basacaqlar. Sonuncu dayanacağa gedirlər, amma salonun içərilərinə addım atmağa canları çıxır.

В автобусе (Михаил Пахомов) / Проза.ру

5. Adamlardan diksinənlərbu tiplər qadın da ola bilir, kişi də. Bilmədən toxunanda adamın üzünə elə baxırlar ki, mövcud olduğuna görə üzr istəmək istəyirsən. Ay qardaş, ay bacı, insanlardan bu qədər rəncidə olursunuzsa, ya həkimə gedin, ya da ictimai nəqliyyata minməyin.

Image result for avtobusda basırıq

6. Sürücüdə səhv axtaranlar elə hey deyinirlər. O günü belə etdi, bayaq belə etdi, qapını gec bağladı, dayanacaqda saxlamadı və s. Bəzən hirslənib haranısa yumruqlayaraq qışqıranlar da olur. Hətta söyüş də istisna deyil.

Image result for avtobus sürücüs

7. Telefonla bərkdən danışanlar nədənsə əmindirlər ki, onların danışığı hamıya xoş gəlir. Bir qayda olaraq cantaraq olurlar və xoşbəxt görünürlər. Qızıl dişlər də istisna deyil. Çox zaman telefonu 10 il əvvəlki dəblə toqqadan asırlar. İşdir-şayəd yanınızda mobil telefondan “Kurtlar vadisi” musiqisi eşidildisə, qulaqlarınızı tutmanız məsləhətdir. Bundan utanırsınızsa, mümkün qədər yerinizi dəyişin.

Оперштаб должен пересмотреть свои решения - мнение

8. Minib-düşənlərə yol verməyənlərbu kateqoriya qapının ağzında dayananlardandır həm də. Qapının ağzında durur, üstəlik yol verməyə can çəkirlər. Nadir hallarda aşağı düşüb yol verənlərə rast gəlmək olar. Çünki, düşəndə minə bilməmək ehtimalı da var.

Проехать в автобусе и не заразиться коронавирусом: миссия выполнима? - МК  Псков

9. Mərifətli tipləretiraf edək ki, bunlar da az deyil. Yaşlıya, qadına, uşağa yer verir, keçənə mane olmur, danışmır, telefon zənginə ya çox asta səslə, ya mesajla cavab verirlər. Bu adamların çoxu yoxsulluq üzündən şəhərdəki evini satıb kəndə köçənlərdir. Sifətlərində sakit mühacir narahatlığı var.

Image result for пассажир

10. Bir küncə qısılıb qəzet və ya kitab oxuyanlarbunlar adətən hazırlığa gedən gənclər, tələbələr və nadir yaşlı adamlar olur. Ümumiyyətlə, şəhərkənarı avtobuslarda oxuyan adam ağ qarğa kimidir. Adamlar da qəribə baxır, əcnəbi-filan hesab edirlər.

Бесплатный проезд в автобусе книголюбам

# 4641 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

Təbrizdə olan şair Həmid Herisçinin vəziyyəti məlum oldu

18:35 3 mart 2026
Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya  hazırlaşır

Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya hazırlaşır

17:00 3 mart 2026
Aktrisa ilə teatr direktoru arasındakı məhkəmədə qərar verildi

Aktrisa ilə teatr direktoru arasındakı məhkəmədə qərar verildi

16:24 3 mart 2026
“Xalq şairi Hökümə Billuri -100”  adlı kitab sərgisi açıldı

“Xalq şairi Hökümə Billuri -100” adlı kitab sərgisi açıldı

16:20 3 mart 2026
Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

16:00 3 mart 2026
UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir

UNESCO-dan xəbərdarlıq: Orta Şərqdə mədəni miras təhlükədədir

15:45 3 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər