Yazıçımızın kitabı erməniləri qəzəbləndirib - Foto

Yazıçımızın kitabı erməniləri qəzəbləndirib - Foto
18 noyabr 2019
# 20:08

Azərbaycanlı yazıçı Zaur Həsənovun Rusiyada çap etdiyi kitab erməniləri qəzəbləndirib.

Bu barədə Demokrat.az-a Zaur Həsənov özü məlumat verib.

Sözügedən məsələ ilə bağlı Zaur Həsənovun fikirlərini təqdim edirik:

"Hörmətli dostlar,

Təxminən 6 ay əvvəl mən Rusiyada çap olunmuş və Səfəvilər dövləti, xalça mövzusuna həsr olunmuş kitabımı təbliğ etmək üçün “Secret in Carpet” səhifəsini yaratmaq qərarına gəldim. Səhifə son iki ayda nisbətən aktiv formada istifadə olunur. Burada daha çox Rusiyada fəaliyyət göstərən nəşriyyatım üçün çəkdiyim videoları paylaşıram.

İlk növbədə minnətdaram ki, “5-ый Рим” nəşriyyatı video çarxlarımı öz media resurslarında nümayiş etdirir, Rusiya kimi böyük ölkədə Azərbaycan haqqında, Azərbaycanlı müəllif adından bəzi mövzuları işıqlandırmağa şərait yaradır.

Son iki ayda təxminən 61 000 izləyici bu videolara baxıblar, 680 likes, 245 share və 60 comments toplayıblar. İnternet məkanı üçün bu rəqəm ciddi sayıla bilməz, amma diqqət çəkən məqam ermənilərin, xüsusən də Rusiyada yaşayan ermənilərin verdikləri kommentlərdi. Bunların yazdığını oxuyanda bilmirsən güləsən, yoxsa ağlayasan. Xüsusən bunları qədim Bakı kərvansarayları və xalçalarımız haqqında video çarxlar qəzəbləndirib. Şərhlərdə deyirlər ki, dövlətinizin heç 100 yaşı yoxdur, yalanlarınıza görə Allah sizi cəzalandıracaq və sair.

Bu savadsızlar bilmirlər ki, bu tipli komentlərlə yalnız gülünc mənbəyinə çevrilirlər, nə qədər nifrət və paxıllıq işində boğulduqlarını nümayiş etdirirlər".

# 2911 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər