Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...

Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
11 iyul 2020
# 10:21

Kulis.az şair Şəhriyar del Geraninin Aya Sofiyanın məscidə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fikirləri təqdim edir.

Orxan Pamukun Qərb mediyasına verdiyi açıqlamanı oxudum və üzüldüm. Aya Sofyaya yenidən məscid təyinatı verilməsi qərarına belə münasibət bildirmiş: "Dünyaya sübut etdik ki, sekulyar dövlət deyilik".

Zəruri qeyd kimi bildirim. Ki, Orxan bəy mənim yazıçım deyil. Onu daha çox reportaj və esse ustası kimi dəyərləndirirəm. Neçə romanı olduğunu bilmirəm, ikisini oxumuşam. Birini tanışlıq üçün (Qar), digərini qəsdən (Məsumiyyət muzeyi). Yeri gəlmişkən, Qarda təfəkkür olaraq necədirsə, eləcə də qalmış - sosioloqbaş. Elə bu son açıqlamasında da hələ Qardadı.

Bu qənaətə gəlmişəm ki, bu sosioloq reportyor mənə heç nə verə bilməz. Ona görə daha onun yazdığı uzun-uzadı reportajları və esseləri oxumuram. Mənə sosioloq lazım olanda axtarıb tapıb bəlli ciddi sosioloqları oxuyuram, yazarları yox.

Orxan Pamuk yazıçı kimi cazib deyil mənə - hüdudları bəllidir. Bu üzdən yazıçıdan daha çox qərbçi sosioloq kimi danışır belə məsələlərdə. Ən pis tərəfi bu ki, intellektual kompleks hiss olunur onun açıqlamalarında. Daha pis tərəfi bu ki, hələ də başa düşmür yarındığı ünvanlar çoxdandır sekulyar deyillər. Sanki boynuna düşüb Amerikaya, Qərbə yarınmaq.

Bu adamlar həm də unudur ki, artıq dünyanın hər 1000 nəfərindən biri intellektualdır. Daha intellektuallıq dəb deyil çağdaş dünyada. Müasir insan elə intellektual olar da. Bu nə kompleksdir axı?

Digər tərəfdən, Qərbmeyilli rəftarı başa düşüləndir, belə-bülə şeylərlə şöhrət tapmış, özünə yazıçı imici qazanmış az-çox. Ümumiyyətlə, Şərq düşmənçiliyi bu adamlarda çox idbar görünür.

Amerika, məxsusən Qərb icması keçən əsrin ikinci yarısından başlayaraq Şərqi budamağa zollanan baltalarına bizim sapları qullandı. Bizimkilər də canla-başla bu saplığa getdilər. Olsun. Nə isə, belə görürəm söhbət uzanıb məqaləyə yuvarlanır. Əfsus, hövsələm yoxdur, bu Dardanellərdə var-gəl etməyə.

Xülasə, sözüm ona, bunlar Aya Sofyaya məscid kimi baxa bilmirlər. Gərək hökmən kilsə ola. Kilsə olsa, dünyəvi olacaqlar, məscid oldu deyə, geridəqalmış oldular. Mahiyyətdən uzaq düşən bu anlaşılmaz kəsim qəsdən mətləbi azdırmaqla məşğul.

Yetkin insan çox yaxşı bilir ki, məscid kilsənin davamıdır, Məhəmməd İsanın. Məhz bu kontekstdə məscid kilsədən, Məhəmməd İsadan yenidir və Allah qatında daha haqqdır - sonuncudur.

Biz Türklər taa qədimlərdən bu yana müsəlman olmuşuq. Peyğəmbər Əfəndimizin Türk səhabələri olmuş. Bütün bunlar tarixdən də bizə məlum. Üstəlik, İslamı gerçək olaraq daha İlahi qəbullanıb, daha aydınlıqla iman gətiribən bu günümüzdə həyat tərzi edən də bizik. Buddizmdəki mahayana qolu nədirsə, İslamdakı Türk qolu da odur.

Buddizmdəki Bodhisattvalar kimlərdirsə, İslamdakı İmamlar, Hocalar, Ruhanilər də biz Türklərik. Hər bir xalq öz genetik mənəvi ruhaniyyətiylə törəmiş, təşəkkül tapmış və mövcuddur. Bizim də genetik mənəvi-ruhani kodlarımızda İslam var. Bunu dəyişdirmək sadəcə mümkün deyil. Yeniləmək, mövhumatdan, cəhalətdən arındırmaq mümkündür və bu, bizim boynumuzun borcudur. Biz bunu edirik. Amma köklü şəkildə dəyişdirmək mümkün deyil. Əvvəl-axır hər kəs bunu anlamalı, sayğı duymalı. Atatürk necə demiş?

- Bütün Türklər öldürülsə, yalnız bircə Türk qalsa yer üzündə, inanın, gec-tez həmin Türk dövlət quracaq!

Buna da inanın ki, məhz elə həmin Türk qurduğu dövlətdə məscid tikəcək. Bu, İlahi göstərişdir. Bir daha bütün Türkləri və müsəlmanları təbrik edirəm bu mübarək qərardan dolayı. Bu həm də Türk dünyasının birgələşəcəyinə səmavi işarədir. Allah necə haqdı!

# 3426 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #