Nərimanovun 5 yaşlı oğluna yazdığı o məktubdan sonra… – Çingiz Hüseynov yazır

Nərimanovun 5 yaşlı oğluna yazdığı o məktubdan sonra… – Çingiz Hüseynov yazır
27 iyul 2021
# 13:30

Kulis.az məşhur Azərbaycamn yazıçısı Çingiz Hüseynovun Nəriman Nərimanovdan bəhs edən “Doktor N” romanı haqda qeydlərini təqdim edir. Xatırladaq ki, romanın Azərbaycan dilinə tərcüməsi artıq başa çatıb. Tərcüməçi İlqar Əlfioğludur.

Romanlarımın marifləndirici məqamları haqqında Moskvada çap olunmuş "Azad alt mətn" kitabımda bəhs etmişəm. İndi isə "Doktor N" romanım haqqında danışacağam.

Siyasi ədəbiyyatın nəşriyyatı və ya "KP Mərkəzi Komitəsinin nəzdindəki Politizdat" tənqid yönlü yazıçıları kommunist partiyasına ideoloji baxımdan daha faydalı bir işə cəlb etmək üçün onlarla müqavilələr imzalayıb yüksək qanorar təyin edirdilər. Bunun üçün onlar baş qəhrəmanların da siyahısında olduğu “Alovlu inqilabçılar” bədii redaksiyasını yaratdılar. Bu siyahıda bolşevik-leninçi Nəriman Nərimanov da var idi. Yeri gəlmişkən, o, Qızıl meydanda dəfn olunub.

Mənə onun haqqında yazmağı təklif etsələr də, imtina edirdim. Ancaq 80-ci illərin əvvəllərində, Moskvada təhsil zamanı dostlaşdığım, Bakıdakı partiya arxivinə rəhbərlik edən tarixçi Danil Quliyev mənə bir sirr açdı. O, mənə Nəriman Nərimanovun müəmmalı ölümünə (1925-ci il, Moskva) az müddət qalmış 5 yaşlı oğluna yazdığı məktubu göstərdi. Həmin məktubda SSRİ-nin 4 formal prezidentindən biri olan Nərimanov təəssüflə etiraf edirdi ki, biz sosializm yox, intriqalara batmış despot bir dövlət yaradırıq.

O məktubu oxuduqdan sonra məndə Nərimanovun gecikmiş ayılmağı haqqında roman yazmaq fikri yarandı. Bu vaxt yenidənqurma başladı və “Aydınlanma” romanını yazdım. Kitabın çapını gözləyirdim, ancaq 1991-ci ildən sonra nəşriyyat da elə ölkə kimi keçmişə çevrildi və mən həmin əsəri 1992-ci ildə “Literaturnıy Azərbaycan” jurnalında “Doktor Nərimanov, ya da Aydınlanma” adı ilə çap etdim.

Daha sonra qəhrəmanları Nərimanov və Rəsulzadə olan bir romanım da ərsəyə gəldi. Bu əsərdə Azərbaycanın faciəvi sonlanan iki yolundan (sosialistik və demokratik) bəhs etmişdim. Roman 1998-ci ildə “Moskovskiy raboçiy” nəşriyyatında “Doktor N” adı ilə 2 cilddə çap olundu.

Amma... Nəşriyyat mətbəədən kitabın tirajını ala bilmədən iflasa uğradı və bağlandı. Sponsor həmvətənlərim mənə kömək etdi və roman geniş satışa çıxmadan kortəbii yayıldı. Tezliklə romanın daha böyük oxucu kütləsinə çatması üçün qısa variantının hazırlanması təklif edildi. Belə də etdim. 2006-cı ildə böyük ixtisarlarla Moskvanın “Rif-Roy” nəşriyyatında “Sonsuz məktub” adı ilə çap olundu. Məhz bu ixtisar edilmiş nəşrin orijinalı ikicildlik “Doktor N” romanıdır və elektron variantı yoxdur, yalnız kitab halındadır.

Görünür bu romanların (“Aydınlama” və “Doktor N” sonuncu işləri olan iki batmış nəşriyyat) və qəhrəmanların (Nəriman Nərimanov və Məhəmmən Əmin Rəsulzadənin) talelərində simvolik bənzərliklər var. Çünki onlara da nə Azərbaycan rəsmiləri, nə də geniş ictimaiyyət tərəfindən o qədər də ehtiyac duyulmadı. Hərçənd onların həyat yolu dərin öyrənilmədiyi təqdirdə, gələcək haqqında təəssürat yaradan keçmişi və indini anlamaq çox çətin məsələdir.

Tərcümə: Ulucay Akifindir

# 4265 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər