Notr-Dam kilsəsi yenidən bərpa ediləcək

Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10 iyul 2020
# 10:01

Fransanın məsləhətçi komissiyası sayılan Milli İrs və Memarlıq Komissiyası Notr-Dam kilsəsinin yenidən bərpası ilə bağlı qərar vermək üçün bir araya gəlib.

Mütəxəssislər iclas zamanı kilsənin şpil (qüllə) hissəsi və qəzadan əvvəl ağacdan hazırlanmış damın və onun çərçivəsinin yenidən qurulması məsələsini müzakirə ediblər.

XIX əsrdə memar Eugene Viollet-le-Dukun inşa etdiyi dam örtüyünün eynilə bərpası üçün ölkə əhalisi və bu işi görəcək mütəxəssislər arasında yekdil bir fikir mövcuddur.

Parisin qotik üslubun incisi sayılan Notr-Dam kilsəsinin 2019-cu il aprelin 15-də yanğın zamanı dağılan dam örtüyü bərpa olunarkən onun əvvəlki görkəmi özünə qaytarılacaq.

Qeyd edək ki, kilsədə ilk şpil 1250-ci ildə inşa edilib və uçmaq təhlükəsi ilə üzləşdiyindən 1786-1792-ci illərdə demontaj olunub. XIX əsrdə dam örtüyünün bərpasına cavabdeh olan Eugene Viollet-le-Duk kilsənin üstünü bağlamaq üçün yerdən 93 metr hündürlüyündə taxta və 750 ton qurğuşundan istifadə edərək yeni şpil inşa edib. /azertag.az/

# 2999 dəfə oxunub

Oxşar xəbərlər

İranda məşhur aktyora ağır cəza - 99 qamçı vurulacaq

İranda məşhur aktyora ağır cəza - 99 qamçı vurulacaq

12:00 29 iyul 2026
Saxta Roma amfiteatrına illərlə inandılar – İnsanlar niyə uydurulmuş tarixi həqiqətdən daha çox sevir?

Saxta Roma amfiteatrına illərlə inandılar – İnsanlar niyə uydurulmuş tarixi həqiqətdən daha çox sevir?

12:00 29 iyul 2026
Fransada sinaqoqdan dəyəri 100 min avro olan Tövrat tomarları oğurlandı

Fransada sinaqoqdan dəyəri 100 min avro olan Tövrat tomarları oğurlandı

11:40 29 iyul 2026
Oskar mükafatlı aktyor cinsi zorakılıqda  ittiham olundu

Oskar mükafatlı aktyor cinsi zorakılıqda ittiham olundu

11:20 29 iyul 2026
"The Beatles"in rəsmi saytında müəmmalı taymer

"The Beatles"in rəsmi saytında müəmmalı taymer

11:00 29 iyul 2026
Məşhur müğənni həm Parkinson, həm də xərçəng oldu

Məşhur müğənni həm Parkinson, həm də xərçəng oldu

10:20 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər