Nazirlik yeni kitablar nəşr etdi

Nazirlik yeni kitablar nəşr etdi
6 fevral 2020
# 18:26

Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığı və əsərlərindən bəhs edən “Şeirlər. Felyetonlar. Pyeslər” adlı kitab işıq üzü görüb.

Mədəniyyət Nazirliyindən Kulis.az-a verilən xəbərə görə, kitaba görkəmli şairin müxtəlif illərdə qələmə aldığı, sağlığında dövri mətbuat orqanlarında çap olunmuş şeirləri, felyetonları və pyesləri ilə bərabər, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan və şairin çap edilmiş kitablarına düşməyən əsərləri də daxil edilib. Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.

Bundan əlavə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bərpanəşr” layihəsi çərçivəsində çap olunan “Искусство Азербайджана II” adlı kitab nəşr olunub. Kitabda orta əsrlərdə Azərbaycanda yaradılmış görkəmli memarlıq abidələri, musiqi mədəniyyətimizin tarixi və incəsənətimizin zəngin nümunələri haqqında bəhs edilir. Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “Azərbaycan Violonçel İnciləri” adlı kitab Azərbaycan Demokratik Respublikasının 100 illiyinə, Qara Qarayevin anadan olmasının 100 illiyinə və Sabir Əliyevin 90 illik yubileyinə həsr olunub. İki cilddən ibarət “Azərbaycan Violonçel İnciləri” adlı məcmuənin birinci cildi ən nüfuzlu müsabiqələrdə ifa olunan, geniş yaradıcı palitranı özündə əks etdirən əsərlər toplusudur. Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.

Kitablar Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və musiqi məktəblərinə paylanılacaq.

# 2821 dəfə oxunub

Oxşar xəbərlər

Yaponiyada fotoqrafiya sərgisi keçirildi

Yaponiyada fotoqrafiya sərgisi keçirildi

18:00 17 sentyabr 2026
Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

Şahzadə Diana haqqında yazılan kitab oğurlandı

17:30 17 sentyabr 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

17:11 17 sentyabr 2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu

17:05 17 sentyabr 2026
"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl

"Bir şeyi aydın deyə bilmirsənsə, deməli, onu özün də başa düşmürsən..." - Con Syorl

17:00 17 sentyabr 2026
Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

Dünyanın ən yaxşı pizzaxanası bəlli oldu

16:30 17 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər