Bakıda beynəlxalq film festivalı keçiriləcək

Bakıda beynəlxalq film festivalı keçiriləcək
8 iyul 2021
# 09:57

Noyabrın 3-dən 7-dək Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının beşinci buraxılışı keçiriləcək.

Kulis.az xəbər verir ki, builki festivalın əsas mövzusu “Hİsslər±” adlanır.

Hazırkı dövrdə insanların hissləri sosial inkişaf, siyasi mühit, maddi rifah və qlobal pandemiya kimi ciddi sınaqlara məruz qaldığına görə belə bir seçim edilib. Fərdi təcrübələri və fiziki vəziyyəti də daxil olmaqla, bütün bunlar insanın dünyanı necə qavradığına təsir edir. Bu il münsiflər heyətini insanların daxili və xarici dəyişimlərinə, özünü axtarışlarına və yer üzündə var olma anlamlarına həsr olunmuş filmlər xüsusilə maraqlandıracaq.

Bu il müsabiqədən kənar filmlər də nümayiş olunacaq. Bundan əlavə, festival çərçivəsində Azərbaycan sənədli filmlərinin retrospektivi təşkil olunacaqdır. Bu, mərhum azərbaycanlı ssenarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr ediləcək. Müraciətlər sentyabrın 20-dək www.filmfreeway.com platformasına təqdim edilə bilər.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir.

Gallery

# 2954 dəfə oxunub

Oxşar xəbərlər

Aqata Kristinin xatirəsinə sərgi açılacaq - Vəfatının 50 illiyi münasibətilə

Aqata Kristinin xatirəsinə sərgi açılacaq - Vəfatının 50 illiyi münasibətilə

14:30 29 oktyabr 2026
"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

"Şeytan İncili"ni yazan okkultist yazıçı Anton Şandor LaVey kim idi?

14:00 29 oktyabr 2026
Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

Tanınmış müğənni Trampı məhkəməyə verdi - Səbəb

13:30 29 oktyabr 2026
Məşhur film teatr səhnəsində nümayiş olundu

Məşhur film teatr səhnəsində nümayiş olundu

13:00 29 oktyabr 2026
“BAFTA”da pulsuz biletlər qalmaqalı –  Rəhbərlik qanunu pozub?

“BAFTA”da pulsuz biletlər qalmaqalı – Rəhbərlik qanunu pozub?

12:00 29 oktyabr 2026
“Qulliverin səyahətləri”nin  300 yaşı tamam oldu – Əsər niyə hələ də aktualdır?

“Qulliverin səyahətləri”nin 300 yaşı tamam oldu – Əsər niyə hələ də aktualdır?

11:20 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər