Azərbaycanlı şair Kolumbiyada keçiriləcək şeir festivalında iştirak edəcək

Azərbaycanlı şair Kolumbiyada keçiriləcək şeir festivalında iştirak edəcək
26 iyun 2020
# 12:16

Tanınmış gənc şairə Nigar Arif (Ağalarova) Kolumbiyanın Medillin şəhərində keçiriləcək beynəlxalq şeir festivalında ölkəmizi təmsil edəcək.

Onun sözlərinə görə, bu dəfə COVID -19 pandemiyası ilə əlaqədar festival müəyyən proqramla onlayn şəkildə təşkil ediləcək. Dünyanın ən böyük festivallarından sayılan, avqustun 1-dən sentyabrın 10-dək davam edəcək festivala 103 ölkədən 191 şair qatılacaq.

“Festival çərçivəsində müxtəlif ölkələrdən olan şairlərlə görüşlər olacaq. Onlar canlı olaraq, şeirlərini səsləndirəcəklər. Ölkəmizi təmsil edəcək bir şəxs kimi, ilk dəvət alanlardan biri olduğum və dəvəti şəxsən festivalın yaradıcısı “Dünya festivallarının direktoru”, böyük şair Fernando Rendon tərəfindən aldığım, ölkəmizin ən böyük şairlərindən biri Ramiz Rövşənlə və eləcə də dünyanın digər mötəbər şəxsləri ilə birgə belə bir böyük festivalda iştirak edəcəyimə görə özümü çox xoşbəxt hiss edirəm. Çıxışım sentyabrın 1-də bizim saatla 20:00-da olacaq”, - deyə o qeyd edib.

# 3809 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər