Azərbaycanda ədəbi müsabiqə elan edildi

Azərbaycanda ədəbi müsabiqə elan edildi
29 sentyabr 2021
# 16:40

Dövlət Tərcümə Mərkəzi “DƏF(İ)NƏ YARPAĞI“ müsabiqəsinin növbəti turunu elan etdi

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədi ilə hər beş ildən bir keçirilən “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsinin növbəti turuna start verdi.

Müsabiqənin şərtləri

* Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir:

nəsr əsərləri – 20.000 işarəyə qədər;

poeziya nümunələri – 100 misra;

* hər nominasiya üzrə mükafatın bir müəllifə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur;

* bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;

* müsabiqədə iştirak edən namizədlərə yaş məhdudiyyəti yoxdur;

* əsərlər oktyabrın 1-dən, dekabrın 20-sinə qədər qəbul edilir;

* müsabiqə qaliblərinin adlarının 2022-ci il martın 5-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacağı nəzərdə tutulur.


Müsabiqənin gedişatı

* Müsabiqəyə təqdim edilən əsərlər ilkin mərhələdə müəllifin adı gizli saxlanılmaqla, nömrələnmiş qaydada Ekspert Şurasına təqdim olunur. İkinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasının müzakirəsinə verilir;

* əsərlərin dəyərləndirilməsi 5 – 10 bal sistemi üzrə həyata keçirilir;

* Ekspert Şurası və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır;

* qaliblər diplom, döş nişanı və pul mükafatı ilə təltif olunur.

Müsabiqənin mükafat fondu

Nəsr üzrə

I yer – 2000 (iki min) manat

II yer – 1000 (min) manat

III yer – 500 (beş yüz) manat

Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

Poeziya üzrə

I yer – 2000 (iki min) manat

II yer – 1000 (min) manat

III yer – 500 (beş yüz) manat

Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

Əsərlərin göndərilmə qaydası

* əsərlər, müəllifin digər tərcümə nümunələrinin siyahısı və nəşr mənbəyi bildirməklə, elektron poçtu vasitəsi ilə, yaxud kağız

formatında 5 nüsxədə təqdim edilməlidir;

* əsərin Azərbaycan dilinə hansı dildən tərcümə edildiyi qeyd olunmalıdır;

* müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər geri qaytarılır.

Əlavə sənədlər

* şəxsiyyət vəsiqəsinin surəti;

* müsabiqə iştirakçısının əlaqə nömrəsi.

Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74

Email: [email protected]

Telefon: (012) 595 10 69

Mob: (055) 988 89 30 (votsap)

# 3857 dəfə oxunub

Oxşar xəbərlər

“İpək Yolları Gənclərin Gözü ilə”  beynəlxalq foto müsabiqəsinə başlanıldı

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı

17:00 27 may 2026
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

16:30 27 may 2026
"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

16:00 27 may 2026
Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

15:30 27 may 2026
Məşhur aktyora qarşı zorakılıq ittihamı

Məşhur aktyora qarşı zorakılıq ittihamı

13:40 27 may 2026
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

11:30 27 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər