Alman alim Azərbaycan romanından mühazirə oxuyub

Alman alim Azərbaycan romanından mühazirə oxuyub
5 oktyabr 2021
# 09:50

Bakı Kitab Mərkəzində Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə İslam dini alimi, tərcüməçi Ştefan Vaydnerin “Əli və Nino” adlı mühazirəsi olub.

Kulis.az xəbər verir ki, Ştefan Vaydner “Əli və Nino” əsərinin müəllifi, ilk olaraq hansı dildə yazıldığı və birinci nəşri barədə məlumat verib. Mühazirədə, həmçinin əsər təhlil olunub.

Bakı Kitab Mərkəzin rəhbəri Günel Anarqızı bildirib ki, bir aydan çoxdur o, Ştefan Vaydneri ölkəmizə dəvət etmək istəyirdi. O, Ştefana gəldiyi üçün təşəkkür edib və bildirib ki, mühazirə “Nizami Gəncəvi İli” çərçivəsində keçirilir.

Almaniya səfirin müavini Hayko Şvartz deyib ki, onun üçün tədbirdə cavanların iştirak etməsi xoşdur. Qeyd edib ki, səfirlik bir həftə boyu Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Bakı və Gəncə şəhərlərində silsilə tədbirlər keçirəcək.

Ştefan Vaydner mühazirə zamanı Bakıya gələn kimi “Əli və Nino” kitab mağazasına getdiyini söyləyib. Orada Əsəd bəyin deyil, Qurban Səidin müəllif kimi göstərilən “Əli və Nino” romanını tapıb. “Mən bu kitabı almanca oxumuşam. İlk olaraq kitabı açıb orada müəllif və kitabı tərcümə edən şəxsin adı haqqında məlumat axtardım. Təəssüflər olsun ki, heç bir məlumat tapmadım”, - deyə almaniyalı alim qeyd edib.

Vurğulayıb ki, çoxları bu kitabın hansı dildə yazıldığını bilmir: “Azərbaycana gələcəyimi biləndə kitabın orijinalının axtarışına çıxdım. Məlum oldu ki, kitab 1937-ci ildə E.P.Tal Verlaq nəşriyyatı tərəfindən Vyanada çapdan çıxıb və dünyanın 33 dilinə tərcümə olunub”.

Kitabın orijinalını özü ilə gətirən Ştefan bildirib ki, nəşriyyatın sahibi yəhudi əsilli bir şəxsdir. O, Avstriyaya qaçmış müəlliflərin kitablarını nəşri ilə məşğul olurdu.

“Əli və Nino”da hadisələr Azərbaycanda baş verir. Müəllifin Azərbaycanı təsvir etməsi bizdə belə bir təəssürat yaradır ki, onun Azərbaycanla əlaqəsi var. Digər tərəfdən Qurban Səid digər bir kitabında ABŞ və dünyanın başqa ölkələrini təfərrüatı ilə təsvir edir. Belə bir nəticəyə gəlirik ki, Qurban Səid səyahətçidir. Ola bilsin onun əsl adı Qurban deyil, başqa sözlə, Qurban Səid bir təxəllüsdür”, - deyə Ştefan Vaydner bildirib.

Qeyd edib ki, “Əli və Nino” müəyyən konteksti bildirmək üçün qoyulan şərti adlardır. Əli müsəlman aləmində, Nino isə xristianlıqda müqəddəs adlar sayılır. Nino xristianlığı Gürcüstana gətirmiş insanlardan biridir.

“Əli və Nino”, “Leyli və Məcnun”dan fərqli olaraq uğurlu bir sevgi tarixçəsidir. Bu kitabda dini ziddiyyətlərdən başqa digər müstəvilər də var. Romanda bu ziddiyyətli qütblər açılır, nəticədə yeni bir vəhdət yaranır ki, qəhrəmanlar bu vəhdətin simvoluna çevrilir, - Ştefan Vaydner əlavə edib. /azertag.az/

# 3393 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər