“Cəlil İşığı” monotamaşasının premyerası baş tutdu

“Cəlil İşığı”  monotamaşasının premyerası baş tutdu
23 fevral 2026
# 18:10

Xəzər Universiteti Dünya Məktəbində Beynəlxalq Ana Dili Günü münasibətilə “Cəlil İşığı” adlı monotamaşasının premyerası baş tutub.

Kulis.az xəbər verir ki, tamaşa görkəmli ədib Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunub.

Səhnə əsərində yazıçının doğma dil uğrunda apardığı mübarizə, xalqın maariflənməsi naminə gördüyü işlər və dövrün ictimai-siyasi reallıqları bədii formada tamaşaçılara təqdim edilib. Tamaşada Cəlil Məmmədquluzadənin yaxın silahdaşı Ömər Faiq Nemanzadə ilə birlikdə məşhur "Molla Nəsrəddin" jurnalını nəşr etməsi, cəmiyyətin ayılması və maariflənməsi istiqamətində apardıqları fəaliyyət xüsusi vurğulanıb. Hadisələr Tiflis, Bakı və Təbriz mühitində inkişaf etdirilir.

Səhnə həllində yazıçının təqiblərə məruz qalması, jurnal redaktorluğundan uzaqlaşdırılması və əsərlərini sobada yandırmaq məcburiyyətində qalması dramatik kulminasiya nöqtəsi kimi təqdim olunub. Yandırılan vərəqlərdən doğan obrazların səhnədə canlanması tamaşaya simvolik və emosional dərinlik qatıb. Qeyd edək ki, tamaşanı təqdim edən teatr truppası məktəbin müəllim və şagirdlərindən ibarətdir. Tamaşanın ssenari müəllifi Fidan Məmmədova, rejissoru Murad Allahverdi,təşkilatçısı isə Şükufə İsmayılovadır.

Gecənin davamında ana dilimizin ətri duyulan poeziya dəqiqələri yaşanıb. Səməd Vurğun, Nəriman Həsənzadə Mikayıl Müşfiq, Musa Yaqub, Ramiz Rövşən və Hamlet İsaxanlının ruh oxşayan misraları müəllim və şagirdlərin ifasında dilimizin musiqisinə çevrilib. Bu hissədə Güney Azərbaycandakı soydaşlarımızın ana dilinə olan sonsuz sevgisi, dilimizi qorumaq yolundakı həsrət və bağlılığı xüsusi bir həssaslıqla vurğulanıb. Bu məqamlar dilimizin sərhədləri aşan sehrini və doğmalığını bir daha duyurub.

Bu dil bayramına öz varlıqları ilə xüsusi dəyər qatan dəyərli qonaqlar – Qurban Qurbanov, Kamal Yaşar, Xəzər Süleymanlı, Qulu Ağasəs və Qəmər Seyfəddinqızı iştirakları ilə ana dilimizə olan ehtiramın gözəl nümunəsini nümayiş etdiriblər. Onların orada olması gənc nəsil üçün dilimizin və milli dəyərlərimizin nə qədər əziz olduğunun bir rəmzinə çevrilib.

# 1277 dəfə oxunub

Oxşar xəbərlər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər