Hepatit, siflis və AİDS-dən qaçış
4 avqust 2011
11:00
II hissə
“Bura yeri deyil…”
Erməni qızlar ingilis və fransız dillərini mükəmməl bilən, abırlı-həyalı qızlar idi.
Xanımlardan birinin yaxınlaşan kimi dərdi açıldı ki, bəs biz qafqazlılar öyünməkdə
haqlıyıq. Təmizlik bizdə, biş-düsh bizdə, namus–iffət bizdə. Bu avropalılar hər şeyi
qafqazlılardan öyrənsin gərək.
Düz sözə heç nə demək olmur. Tualet mədəniyyəti formalaşmamış fransızların
yanında biz üfunət içində almaz kimi görsənirdik.
Erməni xanımlar daha sonra niyə onların üzərinə atılıb saçlarını yolmadığımızı soruşdular. İddia etdilər ki, Finlandiyada orada Qafqaz ölkələri ilə bağlı bir tədbirdə orada yaşayan azərbaycanlılardan kimsə onların üstünə atılıb. Biz də öz növbəmizdə “Bura yeri deyil”, - dedik.
Onlar özlərini çox tolerant aparırdılar. Ürəyim dözmədi. Cığallığıma salıb “Sumqayıtda doğulub-böyümüşəm”, - dedim. Elə bu dəm tolerantlıqdan, Qafqaz ruhundan, badımcan dolmasının İrəvan azərbaycanlılarının icadı olmasından, feminizmin onun üçün hər şeydən vacib olduğunu deyən ixtisasca həkim Lilini kədər bürüdü, atasının bütün yaxınlarının orda öldürüldüyünü dedi. Mən də cığallığa davam edib atasının qohumlarından neçə nəfər öldürülməsini soruşdum. Xanım 34 yaxın qohumunun Sumqayıtda güllələndiyini dedi.
Ətrafdakı üfunət, qoltuqlarından bir döşəyin tükü sallanan feministlər, susuzluq, aclıq, hippilərdən qorxum yadımdan çıxdı. Lili xanıma rəqəmlərin bir az çoxaldıldığını dedim. Xanım mübahisədə pis vəziyyətdə qaldığını anlayıb feminist kampda olduğumuzu mənə xatırlatdı, həmin söhbətlərin yeri olmadığıni dedi.
Düşərgədən qaçış
Artıq gücdən düşürdüm. Aclıq etirazıma hər dəqiqə dəyişən hava şəraiti mane
olurdu. Susuzluq əsəblərimi gərirdi. Düşərgədən uzaqlaşmaq əsas şərt idi. Çıxılmaz
vəziyyətdə idik. Ətrafda həyat əlamətləri yox idi. Nə bir maşın, nə də bir ev görünürdü.
Artıq erməni qızlar da gözə dəymirdi. Burdan qaçmağın yolunu axtarırdılar.
Düşərgə yerləşən ərazidən Tuluzanın mərkəzinə gəlmək üçün əvvəlcə Tuluza yaxınlığında bir kəndə gəlmək lazım idi. Bu, 10 km məsafə demək idi. Həmin kənddən isə biz avtobus tapıb Tuluzanın mərkəzinə gedəcək metro stansiyası tapmalı idik. Kampdan ədəb-ərkanla sağollaşıb çıxmaq istədikdə isə təşkilatçı Klara Karbunar bizə “Gedə bilməzsiniz!” - dedi. Biz kampa üyğun paltarlar alıb geri dönəcəyimizi dedik. O təbii ki, bizə inanmadı. Ordakı yeganə maşın Klaranın idi. Bizi gecə stansiyadan düşərgəyə gətirmiş Klaranın.
Gecə yerləşdiyimiz maşına səhər Klaranın hesablamalarına görə “sığışmadıq”. O başqa
variantımızın olmadığına əmin idi. Çarə qalmışdı ətrafdakı hippilərə. Hippilər haqqında məlumatı olanlar bilir ki, onlar zibilliklərdən əllərinə keçən əşyalarla özlərinə həyat qurur. İşləmədən, qazanmadan yemək tapmağın yollarını axtarırlar. Pula nifrət edirlər. Hər şeyi gözə alıb hippilərə pul təklif etdik. Çarəmiz qalmamışdı.
Erməni xanımlardan biri Nyu-Yorkdan gəlmişdi, təcrübəli idi. O, axşam burda lezbiyanların “cütləşəcəyini” dedi. Etirazımız çox çəkərsə, döyülməyimiz üçün komanda verilə bilər deyə bizi məlumatlandırdı.
Qorxu, həyəcan bizi tələsdirirdi. Etirazlarımıza qoşulanlar artsa idi, bizi daha
təhlükəli vəziyyət gözləyirdi. Düşərgədən heç vaxt çıxa bilməmək!!!
Ərazi elə yerdə yerləşirdi ki, orda ne baş versə elə orda da qalacaqdı. Sonra isə neyisə sübut etmək gec ola bilərdi. Pul təklif etdiyimiz hippi xanımdan bizi kəndə çatdıra biləcək maşın istədik. 15-20 dəqiqə sonra geri dönüb sevinə-sevinə bizi aparmaq üçün maşın tapdığını dedi.
Qeyd edim ki, bu maşından əvvəl başqa bir hippinin uçuq-sökük maşını kəndə gedəcəkdi. Lakin maşın çox kiçik olduğu üçün tək–tək apara bilərdi. Qadın xisləti buna
da imkan vermədi. Heç kim nə tək gedib kənddə gözləmək istədi, nə də birincini qabağa
verməyi özünə sığışdırmadı. Axırda hippi xanım bizi maşına bir təhər yerləşdirib kəndə
yollandı.
Düşərgənin yerləşdiyi əraziyə gecə gəldiyimiz üçün heç yeri gorməmişdik. Boş, bir dənə belə yaşayış məntəqəsi, ev gözə çarpmayan çöllər göz işledikcə uzanırdı. Bu dünyadan uzağa düşmüş əraziyə necə gəlib çıxdığımızı xatırladıqca dəli olurdum. Özümü həm aldadılmış, həm də gücsüz hiss edirdim. Bir təhər gəlib qəsəbəyə çıxdıq. Hippi xanım utanıb qızara–qızara pulu aldı.
Bizimlə sağollaşıb yolun ortasında fransızca sevincini göstərmək üçün qışqıra–qışqıra
əlləri ilə arxasına döydü. Sonra maşına oturub surətlə uzaqlaşdı.
Məyusluq hissi çox olsa da, canımızı qurtardığımıza sevinirdik. Hələ düşərgədə ikən telefonla danışdığımız Tuluzada yaşayan dostumuz şəhərin mərkəzində bizi gözləyirdi. Qəsəbədən avtobusla metro stansiyasına gəldik. Metro ilə Tuluzanın mərkəzinə getməli idik. Ağır çemodanları metronun pilləkənlərindən qaldıra-qaldıra özümü də, feminizm ifadəsini tarixdə ilk ağzına alanı da, bizi aldadıb, səhv məlumatlandırıb bura gətirən Klaranı da lənətləyirdim. Amma nə xoşbəxtlik ki, hepatit, siflis, AİDS kimi xəstəlikdən qaça bilmişdim.
Əvvəlcə dostumuzun təlimatı ilə türk kafesi axtarıb tapdıq. Tanış dili eşidib sevindik. Kürd ustanın isgəndər kababını hava kimi mədəmizə çəkdik. İkigünlük aclıq bizi doğurdan da üzmüşdü.
Dostumuz bizi gorəndə dəhşətə gəldi. Biz qorxudan, stressdən sanki iki gündə qocalmışdıq.
Ertəsi gün yuxudan oyandım. Yataq otağının qapısının ağzında qızların mənə qəribə baxdığını hiss elədim. Güzgüyə yaxınlaşanda vahimə məni bürüdü. Üz gözüm yara içində idi. Keçirdiyim stressin, həm də iyrənmək hissinin nəticəsində üzümün, əllərimin dərisini yaralar basmışdı.
Tarix fransızlardan öz heyfini çıxır
Tuluzada sıxıcı, qorxudan bol, stressli günlər keçirdik. Şəhər, ümumiyyətlə, bezikdirici
şəhər idi. Kapitola adlanan mərkəzindən başqa görkəmli heç nəyi yox idi. Şəhərdən
kədər yağırdı. Saat altıdan sonra yay ayı olmağına baxmayaraq şəhərdə az adam gözə
dəyirdi. Bakının qaynayan həyatına, səs küyünə alışmış adam üçün ora cəhənnəm
idi. Elə bir küçə yox idi ki, dirəklərin altı sidikli olmasin. Yağış yağdığı günlərdə yuyulan
sidik izləri səhərisi gün israrla yenə bərpa olunurdu.
Fransızların təbii ehtiyaclarla bağlı sərgüzəştləri tarixdə necə varsa, elə də çox dəyişməyib. Küçədə insanların arasında, metronun çıxışında rahatlıqla insanlar tualet ehtiyaclarını ödəyir. İnsanlar təkcə ictimai həyatlarında yox, elə məişətlərində də çox pinti idilər. Avropada insanların əşyalarını müəyyən müddət istifadə edib küçəyə ehtiyacı olanlar üçün qoyurlar əfsanəsi də elə pintiliyə bağlıdı. İstifadə etdikləri qaz sobaları, paltaryuyan maşınlar az müddət sonra yararsız hala düşür. Təmir isə Fransada yenisini almaqdan baha başa gəlir.
İllərlə əsarət altında saxladıqları xalqları tarix indi fransızlara xatırladir. Fransada
fransızlar özlərini müvəqqəti sığınacaq almış qonaqlar kimi hiss edirlər. Zəncilər,
ərəblər, kürdlər, slavyanlar Fransada meydan sulayır. Tuluzada da, Parisdə də şəhərin
ən görkəmli yerlərində kürdlərin işlətdiyi “türk mətbəxi” kafelər fəaliyyət göstərir. Başqa
xalqların sərvətlərini illərlə çapıb talamış fransızlar indi, ilin günün bu vaxtında mədəni
əsarət altındadırlar. Fransa hökuməti isə ardı arası-kəsilmədən gəlmələr üçün şərait
yaradır. Buna səbəb nədir? Yenə də fransızların tənbəlliyi, harınlığı.
Fransa hökumətinin verdiyi son məlumata görə, gəlmələr ölkədən çıxarılsa, Fransa iqtisadiyyatı çökər. Fransada biznes həyatı dayanar. Parisdə, Tuluzada evsiz, küçədə yaşayanlar əlindən tərpənmək olmur. Təhlükəsiz olduğuna görə gecələr mağazaların qapısı ağzında yatan adamlar peyda olur.
Yenə rəsmi statistikaya görə, bu adamlar maddi sıxıntı çəkdikləri üçün yox, sadəcə, olaraq avara, kutbeyin, tənbəl olduqları üçün işləməkdən imtina edib bu həyati seçirlər.

1531 dəfə oxunub
Oxşar xəbərlər
“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi
17:37
26 noyabr 2024
“YARAT” “Özüm ilə təklikdə” plastik tamaşasını təqdim edir
16:48
26 noyabr 2024
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 il uzanan səfər
15:16
26 noyabr 2024
74 yaşlı Xalq artisti sağalmaz xəstəlikdən əziyyət çəkir
15:04
26 noyabr 2024
Filippinli qonaq Ədəbiyyat Muzeyində
13:47
26 noyabr 2024
Azərbaycan mədəniyyəti və mətbəxi Fransadakı festivalda
12:54
26 noyabr 2024