Gənc yazarın kitab təqdimatı olacaq

Gənc yazarın kitab təqdimatı olacaq
1 iyul 2014
# 13:57

İyulun 3-ü, saat 15-də “Gənclər Evi”ndə gənc şair Pərviz Axundun “Zero” nəşriyyatında yeni çap olunmuş “Və hamını unutmaq” kitabının təqdimat mərasimi keçiriləcək.

Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər yer alıb. Həm klassik, həm müasir ənənələrlə yazılmış şeirlər janr, üslub və mövzu baxımından rəngarəngdir. Kitabda qoşma, gəraylı, təcnis, hecada yazılmış lirik şeirlər, sərbəst şeirlər toplanıb.

Kitabın redaktoru Şərif Ağayar, ön söz müəllifi Əsəd Cahangirdir.

Ünvan: Süleyman Rüstəm, 7 (28 May metrosu yaxınlığı).

# 1364 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #