Sev (mə)2 k

Sev (mə)2 k
12 dekabr 2013
# 16:18

Asiman Tağılı

Saat 22-ni göstərir və telefonumda həzin səslə Ajda Pekkan ən sevdiyim mahnılarından birini oxuyur:

Kimler geldi hayatımdan, kimler geçti,

Hiç birisi hasretini gidermedi...

En güzeli senin kadar sevilmedi,

Kimler geldi, kimler geçti...

Və musiqini saxlayıb beynimdəkiləri qələmə alıram. Əslində bunu bir çoxları edə bilər, lakin bir az səbir, sakit bir yer, yazmaq üçün ideyan, yaradıcılıq qabiliyyətin olmalıdır.

Hər bir insanın həyatında önəmli yerlərdən birini tutan sevgi məsələsi beynimdə ən çox gəl-get etdiyim mövzulardandır ki, ona hələ də konkret cavab tapa bilmirəm. İndi çoxları fikirləşəcək ki, ən çox toxunulan mövzu, ay nə bilim valideynlərə sevgi, vətənə sevgi, bacıya, qardaşa və s.

Ancaq bu sevgi söhbətində sırf bir-birilərini ən azı yetkinlik yaşına çatdıqdan sonra tanıyan, zamanla aralarındakı münasibətləri necə olur ki, “sevgi” adlandıran gənclik maraqlıdır. İndiki gəncləri bu mövzu ətrafında asanlıqla iki hissəyə ayırmaq olar: sevgiyə inananlar və inanmayanlar.

Bəs sevən və sevməyən insanların,bu mövzuda fərqli düşüncəli insanların həyat tərzləri necə fərqli məcralarda davam edir?

Sevgiyə inananlar yəqin edirəm ki, hal-hazırkı münasibətlərindən razı olub bunu sevgi olaraq qəbullananlardır. İnanmayanlara gəldikdə isə, bu kateqoriyanı təşkil edənlərin əksəriyyəti sevgiyə inananlardan törəyiblər ki, vaxtilə sevgi bilib sevib və zaman keçdikdən sonra münasibətlər hər hansı səbəbdən (əsasən, xəyanət) pozulub və sevgiyə nifrət, inamsızlıq yaranıb, halbuki, məncə, heç münasibətdə olduqları dövr ərzində sevginin nə olduğunu bilmədən inanıblar. Ancaq bir söz deyim ki, əgər uğursuz bitən ilk münasibətdən illər keçdikdən sonra onu xatırlayırsınızsa və ya qarşına çıxan onu xatırladan bir şeylər hələ də varsa, əgər onunla keçdiyin küçələrdən keçərkən onlu günləri xatırlayırsansa, deməli sevmisən... Və yaxud da “insan oğlu” o qədər özünəqapalı, pessimist olar ki, müsbət olan heç nəyə inanmadığı kimi sevgiyə də inanmaz.

İnsanlar belədir, “Mənim üçün daxili gözəllik önəmlidir” deyər, lakin zahirini bəyənmədiyi birinin daxili ilə də maraqlanmaz. Çox sevirəm bu cümləni... İndiki dövrdə “sevgi”lərin çoxu zahiri görünüşdən aldanmalar nəticəsində başlanır ki, əksəriyyəti də uğursuzluqla bitir. Zahirinə baxıb sevməyə cəhd edərsən əgər, başqa vaxt qarşına çıxacaq gözəlləri görərkən çaşıb qalacaqsan, fikirlərin dolaşacaq və sən ilk fürsətdə xəyanət edəcəksən.

“Sevgi oyunu”na (müasir münasibətlərin çoxuna mən belə ad verərdim) girən cütlüklər güman ki, həyat tərzlərini bu şəkildə formalaşdırırlar və buna məcburlarmış kimi:

1. Mütləq yatdın, durdun, yedin, içdin, gəzdin-tozdun xəbərləri olmalıdı bir-birilərindən;

2. O qıza (oğlana) niyə baxdın? Qız (oğlan) dostun olmasın, istəmirəm.

3. Arabir “Səni sevirəm” sözləri ilə guya münasibətləri möhkəmlətmək;

4. Görüşdən ayrıldıqdan sonra bütün işi-gücü, problemləri qoyub bir qırağa mesajlaşmaq və ya danışmaq (əksəriyyəti);

5. Bir-birilərinin geyimlərinə, zövqlərinə, hərəkətlərinə qarışmaq (aşırı dərəcədə);

Ancaq baş açmıram, bunlar sevgidənmi irəli gəlir? Görəsən niyə belə olmalıdı axı sevənlər? Azad şəkild sevə bilmirsizmi? Buna kənardan müdaxilələrin olacağımı beyninizi qurcalayır? Yoxsa bir gün itirəcəyinizdənmi qorxursunuz?

Əslində bu cür abartılı sevgi oyunlarını qınayıram. Ancaq sevənlərə bir söz deyim ki, ehtiyatlı olsunlar... İnsan elə bir məxluqdur ki, düşdüyü mühitdən və aldığı tərbiyədən asılı olaraq xəyanətlərə baş vura bilər. Amma siz yenə də sevgiyə inanın və sevməyə davam edin, harda qırılar-qırılar.

Ancaq gəlin görək sevməyən, bu məsələlərlə başını ağrıtmayanların (əsasən də oğlanların) həyat tərzi necədi?

1. Daim dostların əhatəsində olmaq;

2. Evə gəlib darıxanda facebook açmaq və yaxud qulaqlığı taxıb mahnılara qulaq asmaq;

3. Yolda qarşına çıxan əl-ələ tutmuş cütlük görəndə sevgi hisslərinə qapılmağı düşünmədən təsirlənmək, hərdən onlar kimi olmağı arzulamaq;

4. Sevgiyə inanmıram, ancaq hər hansı qızla (oğlanla) tanış ola bilərəm (əksəriyyətin bildiyi, kobud səslənsə də “tutmaq” kəlməsi)

5. Xaricə və ya harasa bir səyahət planlaşdırarkən yaxınlarla, hər hansı filmi izləməyə gedərkən, gəzməyə çıxarkən, boş vaxtları dəyərləndirərkən yaxın insanları seçmək...

Bu tip insanları da hərdən qınamağım gəlir ki, insan çox zaman birinə ehtiyac duyur (qarşı cins nümayəndəsinə). Umduğu isə sadəcə yanında olması, sakitlik tapması və sevildiyini bilməsidir.

Əslində sevgi daha mübahisəli və geniş mövzudu. Amma hərdən də düşünürəm ki, sevgi ehtirasdan doğan bir şeydir. Ehtiras – an məsələsidir. Onda da belə nəticə çıxır ki, sevgi də ehtirasdan ehtirasa doğan, yaşayan bir hissdir (məncə, amma hərdən).

Bəs sizcə? Fikirləşməyə dəyər...

Bir də onu deyim ki, ey gənc nəsil, sevirsinizsə adam kimi sevin, sevginin nə olduğunu bilib və sevginizin qarşılığını gördüyünüz birini, düzgün bildiyiniz insanı, sevmirsizsə də (mənim kimi) sevənlərə qarışmayın.

Bir türk filmində deyildiyi kimi: “Aşk ne biliyormusun? Tek bir kadın için dünyadakı bütün kadınlardan vazgeçebilmek...” .

# 3270 dəfə oxunub

Müəllifin son yazıları

# # #