Yuğ Teatrı Tallində

Yuğ Teatrı Tallində
24 sentyabr 2024
# 15:44

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin, Haridus Akademia Karjaar (Karyera Təhsil Akademiyası) və Miristina Oü (Teatr və konsert şəbəkəsi) qurumlarının dəstəyi ilə Azərbaycan Dövlət YUĞ Teatrının oktyabr ayının 29-u Estoniyanın Tallin şəhərinə qastrol səfəri baş tutacaq.

Kulis.az xəbər verir ki, teatrın qastrol səfəri çərçivəsində 31 oktyabr tarixində Estoniyanın Vene Kultuurikeskus teatrında Xalq yazıçısı Anarın “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında rejissor Əbdülqəni Əliyevin quruluşunda “Asılqan” tamaşası nümayiş olunacaq.

Səhnə əsərində aktyorlar Elşən Əsgərov və Ləman Mərrih iştirak edir. “Asılqan” tamaşasında səhnələşdirmənin müəllifi Lalə Əliyeva, quruluşçu rəssam Əfşan Əsədova, rejissor assistenti isə Məryəm Qələndərovadır.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

# # #