“Tələ” tamaşasının premyerası oldu

“Tələ”  tamaşasının premyerası oldu
23 fevral 2026
# 14:20

Şuşa Dövlət Musiqili Dram Teatrında fransız dramaturqu Robert Tomasın “Tələ” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı isə Kənan Məmmədovdur.

Səhnə əsərində rolları Rasəf Mehdiyev, Aybəniz Cahangirova, Türkay Cəfərli, Orxan Abışov, Gülarə Məmmədova və Gündüz Qasımov canlandırıblar.

Detektiv janrda yazılan “Tələ” əsərinin süjet xəttində həyat yoldaşını qətlə yetirən Danielin düşdüyü vəziyyətdən bəhs olunur. Hadisələrin gedişində gerçəkliklə yalanın sərhədləri qarışır, dramatik və komik situasiyalar paralel şəkildə inkişaf edərək tamaşaçını finala qədər gərginlikdə saxlayır.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər