“Tələ” tamaşasına daxili baxış keçirildi

“Tələ” tamaşasına daxili baxış keçirildi
12 fevral 2026
# 13:20

Şuşa Dövlət Musiqili Dram Teatrında Rober Tomanın “Tələ” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya daxili baxış keçirilib.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Fatma Əliyeva, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.

Tamaşada rolları Rasəf Mehdiyev, Vüsal Məmmədov, Aybəniz Cahangirova, Sevinc Ağayeva, Türkay Cəfərli, Nihat Heybətov, Orxan Abışov, Sahib İbrahimov, Gülarə Məmmədova, Rəhimə Məmmədova, Səyyar Rüstəm, Gündüz Qasımov canlandırıblar.

Rober Tomanın dedektiv janrda yazdığı "Tələ" əsəri arvadını öldürmüş Danielin komissar tərəfindən oyuna gətirilərək qatil olduğunu necə etiraf etdiyindən bəhs edir.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər