AYB-də “Qanun” nəşriyyatı ilə bağlı tədbir keçirildi

AYB-də “Qanun” nəşriyyatı ilə bağlı tədbir keçirildi
7 mart 2014
# 17:54

Azərbaycan Yazıçılar Birliyində (AYB) “Qanun” Nəşriyyatının Vergilər Nazirliyi tərəfindən 150 min manat cərimə olunmağı ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili Fazil Mustafa, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli, yazıçılar, tərcüməçilər və başqaları iştirak edib. Çingiz Abdullayev bildirib ki, tədbirin keçirilməyində əsas məqsəd nəşriyyatı müdafiə etməkdir: "Bu nəşriyyat son illər kitab bazarının canlanmasına, mütaliə mühitinin yaradılmasında böyük işlər görür, gözəl kitablar çap edir. Bütün ziyalılar nəşriyyata kömək etməlidir. Azərbaycan Yazıçılar Birliyi də bu məsələdə "Qanun" nəşriyyatını müdifiə edir".

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bildirib ki, cərimənin ləğv olunması ilə bağlı yazıçılardan, oxuculardan, ölkə başçısından yardım istəyirlər: “150 min manat cərimə bizim nəşriyyata oxunan ölüm hökmüdür, həmin məbləği ödəmək iqtidarında deyilik".

Millət vəkili Fazil Mustafa qeyd edib ki, ehtiyac olarsa, məsələ ilə bağlı Milli Məclisin köməyindən istifadə etmək olar: “Kitabın üzərindən ƏDV-nin götürülməsi ilə bağlı biz millət vəkilləri adından prezidentə müraciət etdik. Lazım olarsa, bu məsələdə də kömək etməyə hazırıq”.

Tədbirin sonunda Azərbaycan ziyalılarının, yazıçılarının, şairlərinin, tərcüməçilərinin, redaktorlarının, kitab yaradıcılığı, istehsalı və satışı ilə məşğul olan digər şəxslərin adından prezident İlham Əliyevə müraciət qəbul edilib.

# 2368 dəfə oxunub

Müəllifin son yazıları

# # #