Sumqayıt Teatrı “Varlı ev”i təqdim etdi

Sumqayıt Teatrı  “Varlı ev”i təqdim etdi
16 dekabr 2025
# 13:20

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Akademik Milli Dram Teatrının səhnəsində məşhur Osetin dramaturqu Georgi Xuqayevin “Varlı ev” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə Bakı teatrsevərləri qarşısında çıxış edib.

Kulis.az xəbər verir ki, tamaşanı teatrsevərlərlə yanaşı, tanınmış ictimaiyyət nümayəndələri, teatr və kino xadimləri də izləyiblər.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur. Pyes rus dilindən Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu tərəfindən tərcümə edilib. Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi tərtibatçısı isə Şəmistan Muradxanlıdır.

“Varlı ev” tamaşası XX əsrin əvvəllərində sərt ailə qaydaları altında yaşayan bir ailənin faciəsini, var-dövlət hərisliyinin insan talelərini necə sındırdığını və ailə münasibətlərini necə dağıtdığını bədii-estetik dillə tamaşaçıya təqdim edir.

Səhnə əsərində rolları Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, aktyorlar Oqtay Mehdiyev, Habil Xanlarov, Şəmistan Süleymanlı və Məryəm Hüseynli ifa ediblər.

Sumqayıt Dövlət Dram Teatrının bu çıxışı teatrlararası yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsi və region teatrlarının paytaxt səhnəsində uğurla təmsil olunması baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.

# 149 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər