Vudi Allenın serialı ancaq internetdə yayımlanacaq

Vudi Allenın serialı ancaq internetdə yayımlanacaq
14 yanvar 2015
# 11:26

Məşhur rejissor Vudi Allen Amazon studiyasının sifarişi ilə serial çəkəcək. Kulis.Azın məlumatına görə bu rejissorun ilk serialı olacaq. Adı hələ bəlli olmayan, ssenarisini Allenin yazacağı serialın hər bölümü yarım saat nəzərdə tutulur.

Serial ABŞ-da, İngiltərədə və Almaniyada internetdə yayımlanan Prime Instant Videodan izləniləcək.

Allen deyib: "Heç bilmədim, bu işə necə baş qoşdum. Nədən başlayacağım haqda heç bir ideyam yoxdur. Məncə, Amazon peşman olacaq".

Amazon studiyasının səlahiyyətli nümayəndəsi Roy Price deyib: "Vudi Allen bütün zamanların ən gözəl filmlərinə imza atan rejissordur. Onunla çalışmaq bizim üçün qürurdur”.

# 957 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #