Lənkəran Dövlət Dram Teatrı Füzulidə çıxış etdi

Lənkəran Dövlət Dram Teatrı Füzulidə çıxış etdi
5 dekabr 2024
# 10:50

Dekabrın 4-ü Lənkəran Dövlət Dram Teatrı Füzuli Dövlət Dram Teatrının səhnəsində Rəhman Əlizadənin "Günah" tamaşası ilə çıxış edib.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Fuad Hüseynov, rejissor köməkçisi Nuranə Nəcəfovadır.

Tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev (Loğman), aktyorlardan Qızılgül Quliyeva (Fəridə), Allahverən Babayev (Kamran), Buludxan Buludov (Çopur), Rauf Zeynalov (Namiq), Emin Fərzullayev (Böyükağa), Səyad Əliyev (Fərhad), Ayşən Əsədova (Nabat), Vəfa Hacızadə (Əsmər), Teymur Hacızadə (Fərrux) ifa ediblər.

Tamaşa vicdanını itirmiş insanın cəmiyyət qarşısında islah olunmasından, günahın və vicdan əzabının insan həyatına necə təsir etdiyindən bəhs edir.

# 1061 dəfə oxunub

Müəllifin son yazıları

# # #