#

Gənc Tamaşaçılar Teatrının səhnəsində "Cəza"

Gənc Tamaşaçılar Teatrının səhnəsində "Cəza"
8 oktyabr 2024
# 13:27

Oktyabrın 11-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası nümayiş olunacaq.

Teatrdan Kulis.az-a bildirilib ki, birhissəli tamaşada əsas rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək.

Psixoloji oyun dramının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

# 82 dəfə oxunub

Müəllifin son yazıları

# # #