Kannda "jüri" sədri Almadovar olacaq

Kannda "jüri" sədri Almadovar olacaq
31 yanvar 2017
# 14:02

Tanınmış ispan rejissoru Pedro Almadovar 70-ci Kann festivalında münsiflər heyətinin rəhbəri olacaq.

Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festival 17 mayda baş tutacaq.

Rejissor jüri sədri olduğu üçün fəxr etdiyini açıqlayıb: “Buna görə minnətdarlığımı bildirirəm. Bilirəm ki, bu böyük məsuliyyətdir. Ümid edirəm, üzərimə düşən işi yerinə yetirə biləcəm”.

Xatırladaq ki, Pedro Almadovarın bir neçə filmi Kann festivalında mükafata layiq görülüb.

# 1126 dəfə oxunub

Müəllifin son yazıları

# # #