İstanbulda növbəti “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, artıq yeddinci dəfə təşkil edilən tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Dram Yazarları və Tərcüməçiləri Dərnəyi (OYÇD), Anadolu Uşaq Oyunları Qolu (AÇOK) və "Sənətə bəli" platforması tərəfindən təşkil olunub.
Mərasimdə teatr sənəti ilə bağlı müxtəlif nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim edilib.
- Yunan kinosunun məşhur siması vəfat etdi
- Dövlət mükafatlarına qəbul elan edilib
- Qodardan yeni film gəlir
"Teatr tənqidçisi" nominasiyası üzrə mükafata ölkəmizdən tanınmış teatrşünas alim, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov layiq görülüb.