Ərindən ayrılan Meqan Foksun övladı dünyaya gəldi

Ərindən ayrılan Meqan Foksun övladı dünyaya gəldi
29 mart 2025
# 15:00

Amerikalı aktrisa və model Meqan Foksun dördüncü övladı dünyaya gəlib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, məşhurun keçmiş həyat yoldaşı, əsl adı Kolson Beyker olan 34 yaşlı reper Maşin Qan Kelly bu xəbəri paylaşıb. O, İnstaqram səhifəsində yeni doğulan övladının ilk fotolarını yayımlayıb və qız atası olduğunu açıqlayıb. Lakin reper, ətraflı açıqlama verməyib. Ona görə də körpənin adı hələlik sirr olaraq qalır.

"O, nəhayət ki, gəldi! Bizim kiçik cənnət toxumumuz", - deyə repçi öz paylaşımında qeyd edib.

Qeyd edək ki, Meqan Foks hamiləliyi dövründə əri Kolson Beykerlə münasibətinin bitdiyini açıqlamışdı. Keçən il bir jurnalist cütlüyün qalmaqal səbəbiylə ayrıldığını qeyd etmişdi.

# 237 dəfə oxunub

Müəllifin son yazıları

# # #