“Arqon” mono-tamaşasının premyerası keçirildi

“Arqon”  mono-tamaşasının premyerası keçirildi
12 iyun 2025
# 14:15

Qazax Dövlət Dram Teatrında “Arqon” mono-tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, psevdosuisidal hoqqa janrlı səhnə əsərində Arqon obrazını teatrın aktyoru Yusif Qoca canlandırıb.

Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır.

Qeyd edək ki, Şəbnəm Xeyrullanın “Arqon” pyesi 2024-cü ildə baş tutmuş CHARACTERS Müasir Dramaturgiya Festivalının qalibi olub.

# 154 dəfə oxunub

Müəllifin son yazıları

# # #