Çex Respublikasının səfiri Tərcümə Mərkəzində olub

Çex Respublikasının səfiri Tərcümə Mərkəzində olub
2 iyun 2021
# 16:45

İyunun 2-də Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Milan Ekert və səfirliyin missiya rəhbərinin müavini Daniel Putik Dövlət Tərcümə Mərkəzində olublar.

Kulis.azın verdiyi xəbərə görə, görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Çex ədəbiyyatı nümunələri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Çexiya ədəbiyyatlararası əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.

Görüşün sonunda səfirliyin adından Mərkəzə Praqanın qədim memarlığını əks etdirən, nəfis tərtibli “Praqa” və “Praqa əfsanələri” kitabları hədiyyə edilib.

Gallery

# 1481 dəfə oxunub

Müəllifin son yazıları

# # #