Ağdam Dövlət Dram Teatrında "Mübariz" tamaşası göstəriləcək

Ağdam Dövlət Dram Teatrında "Mübariz" tamaşası göstəriləcək
16 iyul 2024
# 12:22

Ağdam Dövlət Dram Teatrı mövsümə yeni tamaşa ilə yekun vuracaq.

Kulis.az xəbər verir ki, iyulun 17-də Ağdam Dövlət Dram Teatrının səhnəsində şair, yazıçı-publisist Şahnaz Şahinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi "Mübariz" poemasının əsasında hazırlanmış tamaşanın premyerası olacaq.

Tamaşanın rejissoru Kərim Həsənovdur. Qəhrəmanın rolunu aktyor Fərhad Fərhadzadə ifa edir.

Giriş sərbəstdir.

# 1453 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #