70 il əvvəl kişilər bu qadını arzulayırdı - FOTO

<b>70 il əvvəl kişilər bu qadını arzulayırdı</b> - <span style="color:red;">FOTO
17 avqust 2017
# 09:00

Betti Brosmer 50-ci illərin ən gözəl bədən quruşu olan qadınıdır. O, 40-50-ci illərin axırında pin-up-girls obrazı yaradan və jurnalların üz qabığında şəkilləri çıxan ilk gözəl qadın.

Kulis.az Betti Brosmer haqqında maraqlı faktları təqdim edir.

Betti Brosmer 13 yaşında model fəaliyyətinə başlayıb, 50-dən artıq gözəllik müsabiqəsində iştirak edib, 300-dən çox jurnalın üz qabığında şəkli dərc olunub, 100-dən artıq təqvimin üstündə şəkli çıxıb, zamanında ən bahalı model olub.

Merilin Monro və Ceyn Mensfild kimi ulduzların xələfidir.

96-45 -91 bədən ölçüləri ilə “50-ci illərin ən gözəl bədəni” adını alıb.

Betti 1935-ci ildə doğulub.

40-cı illərin axırında Sears & Reobuck jurnalı üz qabığında Amerikanın gələcək seks simvolunun şəklini dərc etdi.

Bundan sonra 13 yaşlı Bettinin çalışdığı Conover reklam agentliyinin ofisinə reklam posterləri, qida məhsullarının qablaşdırmasına, bir sözlə gənc xanımın şəkli ola biləcək hər şeyə sifarişlər gəlməyə başladı.

Bettinin 16 yaşı olanda onun artıq çoxlu titulları vardı: “Miss televiziya”, “Miss Con biç”, “Miss mavi gözlər”, “Miss gözəl bədən”.

Betti bütün fotolarından faiz alan ilk model oldu.

1961-ci ildə Betti məşhur kulturist, bodibilder Co Veyderə ərə getdi və onun familiyasını götürdü. Çoxu rahat nəfəs dərdi. Model biznesində rəqabət tanımayan Betti Brosmer gedirdi. O, ərinin idman təbliğatına uymuşdu. İndən belə Bettinin gündəlik geyimi idman bikiniləri olacaqdı.

Onun Co Veyderin həyatına daxil olması dünya miqyasında qadın kulturizmi və fitnesinə böyük təkan verdi. Onlar ömrü boyu birgə yaşadılar və bodibildinq, fitness haqda kitablar yazdılar.

1981-ci ildə Betti və Co “Qadın bodibildinqi haqda Veyderlərin kitabı”nı çap etdirdilər.

Bodibildinq üzrə Avstriya çempionu Arnold Şvartsenegger də ekran həyatında Bettinin rolu var. Aktyoru ekrana məhz o həvəsləndirir.

Co Veyder 2013-cü ildə öldü. Betti isə sağdır və hələ də çox gözəldir. O tarixdə ən əzələli kişi qollarının arasında batmış ulduz kimi qaldı.

Betti hazırda “Shape” qadın jurnalını dərc edir. Fiziki mükəmməllik üzrə Olimpiya komitəsinin üzvüdür.

# 1653 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #