Ədəbiyyatımızın Mirzə Cəlil yamağı – Həmid Herisçidən qalmaqallı fikirlər

Ədəbiyyatımızın Mirzə Cəlil yamağı – Həmid Herisçidən qalmaqallı fikirlər
28 avqust 2020
# 10:15

Tənqidi realizmə sərt münasibəti ilə seçilən yazıçı Həmid Herisçi yenidən Mirzə Cəlillə bağlı qalmaqallı fikirlər bildirib.

Kulis.az xəbər verir verir ki, o, öz feyzbuk profilində aşağıdakı fikirləri yazıb:

"Ədəbiyyatımız, öz yırtıq dirsəklərindən Cəlil yamağını sökməyincə, ancaq tənəzzülə məhkumdu. Yadda saxlayın, ədəbiyyat ilk növbədə Nizami, Xaqani, Füzuli deməkdi. Qərb özü də yalnız sonuncuları yazar bilər. Bizim maarifçilərimiz isə Qərbin gözündə heç nədir. O yekəlikdə 19-cu əsr ədəbiyyatımızdan Qərb yalnız ənənəvi Şərq şairi Mirzə Şəfi Vazehi sevdi və seçdi.


Və indi də sevir.

Axundovlar Qərbdə sevilmir. Çünkü...

Çünkü, Qərbdə Axundov, Cəlil kimilər mətbəə şiriftləri qədər çoxdu..."

# 3337 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #