Üzeyir Hacıbəylinin Sartr və Kamyu ilə dost olan qohumu - Fotolar

Üzeyir Hacıbəylinin Sartr və Kamyu ilə dost olan qohumu - <span style="color:red;">Fotolar
24 aprel 2019
# 15:11

Kulis.az Nicat Kazımovun Üzeyir Hacıbəyovun qardaşı oğlu Timuçin Hacıbəyli haqda yazdığı maraqlı faktları təqdim edir.

Bu Jean-Paul Sartre-ın Timuçin Hacıbəyliyə yazdığı məktubdur. Timuçin Hacıbəyli Ceyhun Hacıbəylinin oğludur. Onun Sartr və Kamyu ilə çox yaxın dostluğu olub.

“Almaniyadakı əsərim ilə bağlı danışdığınız üçün xüsusilə xoşbəxtəm. Düşünürəm ki, siz başqalarından daha çox mənim düşüncələrimi dinləyicilərə izah edə bilirsiniz. Belə ki, siz məni çox uzun zamandır tanıyırsınız və sizin təhsiliniz, işləriniz, savadınız ilə yad bir baxış vasitəsi ilə daha böyük dəqiqiliklə və aydınlıqa bunu ortaya çıxara bilirsiniz.

Sağ olun

Jean-Paul Sartre”

Düşünə bilirsiniz bu məktubun əhəmiyyətiniʔ

Düşünün ki, Hacıbəyli ailəsinin Cümhuriyyətin yaradılmasında böyük rolu olur. Bu ailənin içərisində iki tanınmış şəxs var: Üzeyir Hacıbəyov - dahi bəstəkar, Ceyhun Hacıbəyli - diplomat, publisist, yazıçı.

Cümhuriyyətdən sonra bu iki qardaşın yolları ayrılır. Ceyhun Hacıbəyli Fransaya gedir, Üzeyir Hacıbəyovun dahiliyini Sovetlər qəbul edir və ona toxunmurlar.

Ceyhun Hacıbəylinin çətin günləri bundan sonra başlayır.

Onun iki oğlu olur. Bir oğlu Fransa tərəfindən müharibədə iştirak edir və həlak olur. Fransanın meri onun oğluna büst qoydurur.

İkinci oğlu Timuçin Hacıbəyli Sartrın tələbəsi olur, Sartla sonra dostlaşır. Sartr onu Albert Kamyunun qəzetində işə düzəltməyə çalışır. Kamyu bunu qəbul edir. Kamyu Timuçinin savadına heyran olur, eynən Sartr kimi. Yəni dünyanın belə qəbul etdiyi ən yüksək yazıçı-filosof Timuçin Hacıbəylini öz sıralarına alır və birgə fəaliyyət göstərirlər.

Timuçin öz ailəsi, atası haqqında kitab yazır. "Mühacirlərin həyatı" adı altında. Amma heç vaxt yayınlatmır. Böyük şəxsiyyət 90-cı illərin sonunda vəfat edir.

2018-ci ildə "Kəpəz" nəşriyyatı qurulur (Fransada - red.) və 2019-cu ildə biz onun kitabını çap edirik.

Bu tarixi şəxsiyyəti əbədiləşdirdik.

İndi isə Kamyunun məktubuna baxaq.

“Əziz Cənab Hacıbəyli,

İki gün sonra İngiltərəni tərk edirəm və bu ayın sonu oxuya bilməyim üçün Parisdə ola bilməyəcəyəm. Həqiqətdir ki, Mən Jean-Paul Sartra demişdim ki, həftəlik icmal olan “La Française”da sizi işlə təmin edə bilər, ancaq bəzi şeylər uzlaşmalıdır. İstərdinizmi ki, mənim tərəfimdən Combata gedəsiniz (red: Parisdə bölgə adı) və J.P. Vivet ilə görüşüb “La Française” ilə bağlı danışasınızʔ Üzgünəm ki, sizə effektiv kömək edə bilmirəm, doğrudur ki, bu asan məsələ deyil. Parisə geri döndüyümdə başqa təşəbbüslərim də olacaq. Öz simpatiyamı ərzinizə çatdırıram.

Albert Camus”

Bu məktubdan nə başa düşürükʔ

Deməli, Timuçin Hacıbəyli Sartrla olduğu kimi Albert Kamyu ilə də dost olub. Belə ki, Albert Kamyu Sartrla müzakirələrdən sonra Timuçin Hacıbəylini “La Française” adlı həftəlik icmalda işə düzəltməsini təklif edir. Lakin nəsə bir problem yaranır və bunu reallaşdırmaqda çətinlik çəkir, amma yenə də söz verir ki, Parisə qayıdan kimi başqa təşəbbüslərdə olacağam.

Təsəvvürünüzə gətirirsiniz, tək Fransanın yox, bütün dünyanın qəbul etdiyi böyük filosof və yazıçılar bir azərbaycanlıya - Timuçin Hacıbəyliyə işə düzəlməsi üçün köməklik edir, referans olurlar.

İnanılması çətin olsa da, fakt göz qabağındadır.

# 3700 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #