Dahi heykəltəraşın 33 il xəstəxanada yatan sevgilisi

Dahi heykəltəraşın 33 il xəstəxanada yatan sevgilisi
15 may 2017
# 13:06

Məşhur “Mütəfəkkir” heykəlinin müəllifi Rodinin 33 il psixi xəstəxanda yatmaq məcburiyyətində qalan 19 yaşındakı tələbəsi Kamilla ilə yaşadığı məhəbbət insanı dərindən sarsıdır.

“Mən həyatı sevirəm. Eşqi, ümidi... Bunların mükafatı olmasa da...”

"Ben hayatı seviyorum. Aşkı, umudu... Ödülsüz olsalar da..."

Kamilla Klaudel 8 dekabr 1864-cü ildə Fransada dünyaya gəlib. O illər qadınlar üçün o qədər də parlaq dövr sayılmırdı. O, isə hələ 13 yaşından ulduzu parlayan bir qız olmuşdu.

Hələ balaca ikən palçıqdan kiçik heykəllər düzəltməyə çalışır, gələcəkdə heykəltəraş olacağını büruzə verirdi. 19 yaşına gələndə isə bu xüsusiyyətinə görə atası ona digər övladlarından fərqli davranaraq təhsil almasına nail olur, anası buna qarşı çıxsa da.

Gələcəyi parlaq olan gənc qız 19 yaşı olanda Rodindən dərs almağa başlayır.

19 yaşında geleceği parlak ve yetenekli bir genç kız olan Camille 43 yaşında istediği üne hiçbir zaman kavuşamamış ama bir o kadar da yetenekli olan Rodin'in yanına eğitime başlar.

43 yaşlı Rodin bir müddət sonra tələbəsi Kamillaya aşiq olur. Heykəltəraş Roza Byure adlı qadınla yaşayırdı. Onlar iyirmi il bir yerdə olsalar da rəsmi nikaha girməmişdilər. Roza dünya görmüş qadın idi, buna görə də Rodinin başqa qadınlarla olmasına göz yumurdu. Rodinə həmişə sadiq qalan Roza, onu səbirlə gözləydi.

Rodin qorxur ki, Kamilla bunları öyrənəndə ondan ayrılar.

Bu durumu öğrenen Camille'nin gitmesinden ve onu kaybetmekten korkar hale gelmişti Rodin.

Buna görə də özünün ilham pərisi hesab etdiyi Kamillanı hər cür yalanla yanında saxlamağa çalışır. Kamillaya söz verir ki, Roza ilə ayrılacaq. Gənc qız Rodini sevdiyi üçün ona inanır.

Rodin ən böyük əsəri “Cəhənnəm qapıları”nı o ərəfədə hazırlaayır. Kamilla Rodindən ayrılmamaq üçün onun məşuqəsi belə olmağa razıdır. İnsanların tənəsi ona bu yoldan çəkindirmir. Bir gün Kamilla qəzaya düşür, Rodindən olan uşağını itirir. Depressiya yaşayan Kamilla atasının vəfatından sonra daha bir zərbə alır: anası onu övladlıqdan çıxarır.

Nəhayət Kamilla Rodindən ayrılmaq qərarına gəlir.

Camille büyük bir karar sonucu Rodin'i terk edip hayatına tek başına devam etmeye karar verir.

Bu hadisələr onu qabaqda gözləyən faciəli günlərin xəbərçisidir. Kamilla ən məşhur əsəri “Yetkinlik çağı”nı bu dönəmdə hazırlayır. Kamillanın sənətkarlığına qısqanclıqla yanaşan Rodin deyirdi: “Ona axtardığı qızılı harda tapacağını deyirdim... Qızıl onun içindəydi.”

Fiziki olaraq ayrılsalar da aralarındakı ruhi bağ heç vaxt qopmamışdı. Sevgililər belə razılığa gəlirlər ki, Rodin Rozadan ayrılacaq, başqa qadınlara dərs verməyəcək və ən qısa zamanda onunla evlənəcək. Amma Rodin eqoistdir. Şan-şöhrətini heç kəslə paylaşmaq istəmir. Roza da Rodini çox yaxşı tanıdığı üçün ondan əl çəkmir. Kamilla isə daha dözə bilmir və Rodinə olan kini gündən-günə artır.

Mənəvi böhran yaşayan Kamilla 1906-cı ilin bir gecəsində bütün əsərlərini sındıraraq məhv etməyə çalışır.

1906'da bir gece aniden sinir krizi geçiren Camille bütün eserlerini parçalayarak yok etmeye çalışır.

Əqli sağlamlığını itirdiyi üçün ailəsi onu psixi xəstəxanaya yerləşdirir. Kamilla 1920-ci ildə ailəsinə məktub yazaraq sağaldığını deyir. Amma ailəsi Kamillanın xəstəxanadan çıxmasına icazə vermir.

Kamilla “Mütəfəkkir” əsərinin müəllifi Rodinə görə psixi xəstəxanaya düşmüşdü. Rodin isə onu bu illər ərzində axtarmırdı.

Rodin bu qədər il onu gözləmiş Roza ilə qadının ölümündən az əvvəl evlənir. Yetmiş yaşında nikaha girən Roza bir il sonra vəfat edir.

Rodin isə əsərlərini verdiyi muzeyin otaqlarından birində yaşamaqdan imtina etdiyi üçün soyuqdan ölür.

Kamilla 19 oktyabr 1943-cü ildə ömrünün 33 ilini keçirdiyi xəstəxanada vəfat edir. Onun son sözü belə olmuşdu: “Bu qədər tənha qalmaq üçün mən nə etdim?”

# 1615 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #