Ögey qızı ilə evlənən rejissorun müsahibəsi FOTO

Ögey qızı ilə evlənən rejissorun müsahibəsi FOTO
31 iyul 2015
# 13:06

1992-ci il idi. Bütün dünya Hollivudda baş verən bir qalmaqalla sarsıldı. Bu qalmaqalın iki qəhrəmanından biri məşhur rejissor Vudo Allen, digəri isə o dövrə rejissorun həyatın yoldaşı olan Mia Farrounun övladlığa götürdüyü qızı Sun Yi Previn idi. Münasibətlərin qalmaqala çevrilməsinin səbəbi isə Previn ilə Allenin, yəni övladlığa götürülmüş qızla ögey ata arasındakı sevgi macərası idi. Allen o vaxtı 56, Sun Yi Previn isə 21 yaşında idi. Cütlük münasibətləri ictimaiyyətə məlum olandan 5 il sonra evləndi. Hazırda iki uşaqları var, xoşbəxt həyat sürürlər.

Vudi Allen adətən bu barədə danışmağı sevmir. Amma bu qaydanı npr.org saytına verdiyi müsahibədə pozası olub.

Allen deyib: “Onunla münasibətlərimiz yarananda bunun qısamüddətli olacağını düşünürdüm. Elə bilirdim ciddi deyil. Amma sonra su axdı, çuxurunu tapdı. İkilikdə vaxt keçirməyə başladıq. Bunun ardından birlikdə yaşamağa başladıq. Bu xoşumuza gəldi. Aramızdakı yaş fərqinin bir qorxusu olmadı. Hətta bu bizi dəstəklədi”.

Allen, Sun Yi Previn ilə aralarındakı münasibətlərin necə davam etdiyini belə izah elədi: “Əvvəldən də bildiyim bir çox şeylə qarşılaşmaqdan Sun Yinin xoşu gəlirdi. Mənim də ona bunları göstərməkdən xoşum gələrdi. Aramızda bu qədər yaş fərqinin olması nə mənim, nə də onun günahıdır. Onun gəncliyini və enerjisini sevdim.”

Allenin həyat yoldaşı Son Yu isə daha əvvəl verdiyi bir müsahibədə Vudi Alleni heç vaxt ata gözündə görmədiyini qeyd edərək “Bu cür düşüncələr mənə həmişə gülməli gəlib, mən Vudiyə həmişə romantik tərəfdən baxmışam” demişdi.

Vudi Allen ilə Sun Yi 1997-ci ildən bəri rəsmi olaraq evlidirlər. Cütlüyün iki uşağı var.

Mia Farrou Sun Yi Preveni hələ Andre Previn ilə birlikdə olduqları zaman övladlığa götürmüşdü.

Ancaq Farrou daha sonra Previndən ayrılıb Vudi Allen ilə birlikdə olmağa başladı. O vaxt Allen, rəsmi olaraq Sun Yi Previnin ögey atası sayılırdı. Farrou ilə Allen bu qalmaqallı hadisənin üzə çıxması ilə ayrıldılar.

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #