Əkrəm Əylislinin Bakıdan çıxmağına qadağa qoyuldu

Əkrəm Əylislinin Bakıdan çıxmağına qadağa qoyuldu
7 aprel 2016
# 15:13

Barəsində cinayət işi açılan yazıcı Əkrəm Əylisli haqqında başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.

Bu barədə Lent.az-a Əkrəm Əylislinin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Əkrəm Əylisli istintaq dövründə Bakı şəhərindən kənara çıxa bilməz.

Qeyd edək ki, Əkrəm Əylisli barəsində cinayət işinin istintaqını Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsi aparır.

Yazıçı barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub.

Əkrəm Əylisi aprelin 6-da istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib.

# 1311 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #