Prodüserlər Gildiyasına sədr seçildi

Prodüserlər Gildiyasına sədr seçildi
2 avqust 2021
# 17:20

Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin sədri seçilib.

Kulis.azın verdiyi xəbər görə, ondan əvvəl bu vəzifədə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov işləyirdi. O, Space telekanalının direktoru təyin ediləndən bu vəzifə boş qalmışdı.

Xatırladaq ki, Azərbaycan Prodüserlər Gildiyası 2012-ci ildə 15 dövlət və qeyri-dövlət təşkilatı tərəfindən təsis edilmişdi. Gildiyanın əsas məqsədi milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsindən ibarətdir.

# 1796 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #