“Səhra gülü”nün qəhrəmanı vəfat etdi

“Səhra gülü”nün qəhrəmanı vəfat etdi
15 oktyabr 2016
# 17:44

Naxçıvanda yaşayan Erika Hanpel dünyasını dəyişib. O, İkindi Dünya müharibəsi işirakçısı Əhəd Əliyevin həyat yoldaşı idi.

Erika Hanpel 1927-ci ildə Çexiyanın Usti şəhərində alman ailəsində anadan olub. Erika xanım II Dünya müharibəsində əsir düşmüş azərbaycanlı əsgər Əhəd Əliyevi lozaretindən qaçırıraraq evində gizlədir, hər iki gözünü itirən Əhədin qayğısına qalmış, onun müalicəsi ilə məşğul olur.

Onlar, 1945-ci ildə Naxçıvana gəlib ailə qururlar. Xanım Hanpel 3 uşaq dünyaya gətirir. Almaniyaya qayıtmaq imkanı olsa da Erika Azərbaycanı tərk etmir.

Ömrünün sonuna kimi dünya işığından məhrum olan Əhəd sevdiyi qadın Erikanı görməmişdir. Erika xanımın şəfqətli əlləri, böyük ürəyi Əhədin fiziki qüsurunu gizlədə bilmişdi.

2007-ci ildə onun haqqında “Səhra gülü” adlı film çəkilib. Filmin rejissoru Tahir Tahiroviçdir.

# 2453 dəfə oxunub

Müəllifin son yazıları

# # #