Elçin Köçərli: “Çəkmə” - Ən qısa hekayə

Elçin Köçərli: “Çəkmə” - Ən qısa hekayə
21 dekabr 2013
# 09:00

Kulis.Az Elçin köçərlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Çəkmə” (500 işarə) hekayəsini təqdim edir.

Qarın yağdığını görüb uşaqlarla oynamağa qaçdı. Ayaqqabısının boğazından dolan qar ayağını isladıb özünü üşütsə də uşaq ağılı və həvəsi ilə oynamağına davam etdi. İçini isidən tək ümidi isə tezliklə anasının işdən qayıdacağı, qış üçün yığıb saxladığı paltar və çəkmələri çıxaracağını gözləmək idi.

Anası ilə “görüş” istədiyi kimi keçmədi. Soyuqda niyə həyətə düşdüyünə, dərsləri ilə məşğul olmadığına görə xeyli danlanmışdı. Xəyalları puç olmuşdu.

İndi yatağında uzanıb guya dərs oxuyur, ağlamamaq üçün güclə özünü saxlayırdı.

Mətbəxdə ağlayan anasından isə sadəcə xəbəri yox idi.

# 2845 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #