Qobustan rəsmlərini Norveçlə nə bağlayır?

Qobustan rəsmlərini Norveçlə nə bağlayır?
28 oktyabr 2016
# 11:06

Tur Heyerdal ötən əsrdə yaşayan tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloqdur.

Heyerdal, 1981[1], 1994, 1999 və 2000-ci[2] illər olmaq üzrə Azərbaycana dörd dəfə səfər edib. Heyerdal, tarixi eramızdan əvvəl 8 və 7-ci minilliyə dayanan Qobustandakı (Bakının təxminən 30 km qərbində) qayaüstü təsvirlərə uzun müddət heyranlıq hissi duymuşdu. O, inandırmağa çalışırdı ki, bu qayaüstü təsvirlərin, onun doğma vətəni olan Norveçdə olan oyma təsvirlərlə yaxından bənzərlikləri var. Özəlliklə gəmi dizaynları Heyerdal tərəfindən oxşar bir şəkildə diqqətə alınmışdır. Hilal formalı xətlərlə bütün zəmin, göyərtədə şaquli xətlərlə döşəmə təsvirindən, gəminin şəxsi heyətini və ya havaya qalxmış avarları təmsil etmək üçün təsvir edilib.


Bu təsvirlərə və yayımlanmış digər sənədlərə əsasən, Heyerdal Azərbaycanın inkişaf etmiş qədim sivilizasiyanın yerləşdiyi bir məkan olduğunu irəli sürürdü. O, inanırdı ki, yerlilər günümüz Skandinaviyasına şimal tərəfdən dənizyolu vasitəsilə, paltar kimi qatlana bilən dəridən ustaca hazırlanmış gəmilərlə köç ediblər. Səyahətçilər çayın axınının başlanğıcına çatdıqları zaman, öz qayıqlarını asanlıqla qatlayıb, yükdaşıyan heyvanlara yükləyirdilər.

Heyerda, Bakıya 1999-cu ildə elədiyi səfərdə, Elmlər Akademiyasında qədim “Nordik Kralları”nın tarixi ilə bağlı konferans verdi. O, əfsanəvi dastan olan “İnqlinq Saqa”dakı 13-cü əsr tarixçi-mifologiyaçısı Snorri Sturluson tərəfindən hazırlanmış işarələmə sistemindən danışdı, hansı ki, bunun “Krallardan biri olan, Skandinaviya Tanrısı Odin’in”, “Asar” (Æsir) adlı öz xalqı ilə Şimala köçməsi” ilə əlaqəlidir[3] (Əlavə olaraq baxa bilərsiniz: “İnqlinqlər Sülaləsi” və “İsveçin əfsanəvi kralları”) Heyerdal, Snorrinin hekayəsini hərfi-hərfinə doğru qəbul edərək, inanırdı ki, qəbilə rəisi köç etməyə rəhbərlik edərək öz insanlarını, “Saksoniya” vasitəsilə şərqdən, qərbə və şimala doğru, daha sonrasında (Darimarkada yerləşən) “Fyon” adasına, ən nəyatində isə yerləşmək üçün İsveçə köç etdirdi. Heyerdal iddia edirdi ki, mifik Asar (Æsir) xalqının yerləşdiyi coğrafi məkan müasir Azərbaycanın ərazisinə bənzəyir:

"Şərqdən Qafqaz dağları və Qara Dəniz". “Biz daha mifologiyadan danışmırıq,” – Heyerdal deyirdi, – “Bizim danışdığımız coğrafi və tarixi reallıqlardır. Azərbaycanlılar gərək öz qədim mədəniyyətləri ilə fəxr etsinlər. Bura, Çin və Mesopotamiya kimi zəngin və qədimdir.”

2000-ci ilin sentyabrında, Heyerdal dördüncü dəfə Azərbaycan qayıtdı və “Kiş kilsəsi” ətrafındakı arxelojik qazıntı bölgələrini ziyarət etdi.[4]

Qara Dənizin şimalında yerləşən Azov Dənizinin yaxınlığındakı, eyni adlı Azov şəhərində 2001-2002 illərindəki qazıntı işlərini başlatmaq, həyatının son layihələrindən biri olan “Odinin axtarışı” (eng: The Search for Odin / nor: Jakten på Odin) hipotezini inkişaf etdirmək üçün bir təftiş (gözdən keçirmə) oldu. O, Snorri Sturlussonun “Odin” hesabatı ilə uyğunlaşdırmaq üçün sivilizasiyanın qalıqlarınını axtarmağa, Xəzər Dənizinin Azərbaycan hissəsindəki orijinal hədəfindən bir az şimalda başladı. Norveçdə tarixçilər, arxeoloqlar və dilçilər tərəfindən bu layihə “yalan elm” (pseudo-science) olaraq sərt tənqidlər və ittihamlar aldı, hansı ki, həmçinin Heyerdalı da işində mənbələrin seçici istifadə etməsi və elmi metodologiyanın təməl əskikliyi tənqid edirdilər.[5][6]

Onun əsas iddiası “Nors mifologiya”sındakı adlar ilə Qara Dənizin ərazisindəki coğrafi adların oxşarlıqlarına əsaslanmışdı, məsələn: Azov və Asar (Æsir), Udin və Odin, Tyr və Türkiyə kimi. Filoloqlar və tarixçilər bu paralelliyi sadəcə təsadüf, həm də anakronizm (tarixi-xronoloji xəta) olaraq rədd etdilər, belə ki, Heyerdalın iddia etdiyi Asar (Æsir) xalqının yaşadığı (və adını burda aldığı) Azov şəhərinin adının yaşı 1 000 ili keçmir. “Odinin Axtarışı” layihəsi ətrafındakı mübahisə bir çox yoldan Heyerdal və akademik icma arasındakı tipik münasibət idi. Onun nəzəriyyələri tək-tük hallarda elmi cəhətdən qəbul edildi. Buna qarşılıq Heyerdal özü bütün elmi tənqidləri rədd etdi və fikrini öz nəzəriyyələrini ümumi ictimaiyyətə kömək məqsədli populyar kitablarda yayımlanmasına cəmlədi.

2012-ci il etibarilə, Heyerdalın “Odin” hipotezi, tarixçilər, arxeoloqlar və dilçilər tərəfindən tam olaraq təsdiq edilməyib.

Mənbələr:

[1] Forecoming 2014: Thor Heyerdahl and Azerbaijan, to be published jointly by University of Oslo and Azerbaijan University of Languages, Editor Vibeke Roeggen et al.

[2] “Thor Heyerdahl in Azerbaijan”. Azer.com. Retrieved September 1, 2011.

[3] Stenersens, J. (trans.) (1987). Snorri, The Sagas of the Viking Kings of Norway. Oslo: Forlag, 1987.

[4]8.4 The Kish Church - Digging Up History - An Interview with J. Bjornar Storfjell”.

[5] Storfjell, “Thor Heyerdahl's Final Projects”, in Azerbaijan International, Vol. 10:2 (Summer 2002).

[6] Even Hovdhaugen, Christian Keller, Else Mundal, Anne Stalsberg, Gro Steinsland: Anmeldelse av Thor Heyerdahl og Per Lillieström: Jakten på Odin. Stenersens forlag. Oslo 2001. Maal og Minne 1 (2002) s. 98-109. Archived July 25, 2011, at the Wayback Machine.

Əlavə mənbələr:

Thor Heyerdahl in Baku Azerbaijan International, Vol. 7:3 (Autumn 1999), pp. 96–97.

The 'Tigris' expedition, with Heyerdahl's war protest Azerbaijan International, Vol. 11:1 (Spring 2003), pp. 20–21.

Bjornar Storfjell's account: A reference to his last project Jakten på Odin Azerbaijan International, Vol. 10:2 (Summer 2002).

İngilis dilindən tərcümə etdi: Bilal Əşrəfov

# 1887 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #