İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
24 fevral 2026
# 16:00

İstiqlal Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Bir gecənin yaddaşı” adlı ədəbi-bədii tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan İstiqlal Muzeyi və 2 nömrəli Uşaq və Gənclərin İnkişaf Mərkəzinin “Bədii qiraət” dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.

Proqram çərçivəsində “Bədii qiraət” dərnəyinin üzvləri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya, rəqs nömrələri və səhnəciklər təqdim ediblər.

Daha sonra qonaqlar Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş sərgi ilə tanış olublar.

# 57 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər