Giray Altınokdan yeni serial: "Gustav"

Giray Altınokdan yeni serial: "Gustav"
24 fevral 2026
# 16:30

“Prens” serialının ssenari müəllifi və baş rol ifaçısı Giray Altınok yeni layihə ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, aktyor “Gustav” adlı yeni serial üzərində işə başlayıb.

"MGX Film" istehsalı olan “Gustav” serialı "Disney Plus" platformasında yayımlanacaq. Layihənin rejissoru Umut Araldır.

Məlumata görə, çəkilişlərə bu həftənin cümə axşamı start veriləcək.

Layihədə rolları Bülent Emin Yarar, Özge Özpirinçci, Haluk Bilginer, Uğur Polat, Alican Yücesoy, Kerem Can, Başak Parlak, Ayşe Tunaboylu, Şevket Süha Tezel və Özgecan Koyunoğlu canlandıracaq.

Qeyd edək ki, Giray Altınok daha əvvəl “Prens” və “Var Bunlar” serialları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Yeni layihənin də platformada maraqla qarşılanacağı gözlənilir.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər