Puşkinin indiki pulla qonorarı

Puşkinin indiki pulla qonorarı
22 iyun 2016
# 10:39

Rusiyanın dahi şairi Aleksandr Puşkin "Yevgeni Onegin" poemasına görə, indiki pulla 10 milyon 500 min rubl qonorar alıb. Bunu Rusiyanın Hesablama palatası Facebook səhifəsində yazır.

10 milyon 500 min rubl indiki məzənnə ilə 165 min dollardır.

Hesablama Palatası bildirir ki, Puşkinin "Yevgeni Onegin"ə görə 12 min rubl qonorar alması məlumdur.

Həmin 12 min o vaxtın qiymətləri ilə nə demək idi?

Palata o dövrün ərzaq qiymətlərini indiki dövrlə tutuşdurub.

Məsələn, bu gün 1 kilo mal əti 350 rubldur, 200 il əvvəl, Puşkin dövründə 40 qəpik idi.

Palata ərzaq qiymətlərinin belə müqayisəsi ilə hesablayır ki, Puşkinin aldığı 12 min rubl indi 10 milyon 500 min rubl deməkdir.

Puşkin "Yevgeni Onegin"i yazmağını "qəhrəmanlıq" adlandırırdı. O, bu romanı 1823-1831-ci illər arası yazıb./oxuzali.az/

# 1183 dəfə oxunub

Müəllifin son yazıları

# # #