Mahatma Qandinin həyatı serial olur

Mahatma Qandinin həyatı serial olur
19 may 2022
# 13:20

Hindistanın “Applause Entertainment” şirkəti siyasətçi Mahatma Qandinin həyatından bəhs edən serial çəkəcək.

Kulis.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, serialın yaradıcıları bu işi dünyanın ən yaxşı tarixi layihəsi kimi qiymətləndiriblər.

“Qandi qlobal fiqurdur. O, bəşəriyyətin tarixidir. Biz ssenari və kastinq üzərində işləyirik. Gələn yay çəkilişlərimizi planlaşdırırıq” – serialın yaradıcısı Nair Sameer bildirib.

Serailın hekayəsi hind tarixçisi Ramaçandra Quhun “Qandi Hindistana” və “Qandi – dünyanı dəyişən illər” adlı bioqrafik kitabları əsasında hazırlanacaq. Qandinin Cənubi Afrikadakı hüquq karyerasının başlanğıcından Hindistanın müstəqilliyi uğrunda siyasi mübarizəyə qədər olan səyahəti serialın əsas mövzusu olacaq.

# 1296 dəfə oxunub

Müəllifin son yazıları

# # #