“XI TEZIS” jurnalı satışda

“XI TEZIS” jurnalı satışda
18 mart 2014
# 14:50

Azərbaycan dilində ilk dəfə Marksist fikir məktəbini və ümumilikdə sol yanaşmanı əhatə edən jurnal – “XI TEZIS” işıq üzü görüb. Mart ayının 10 -da jurnalın birinci sayının təqdimatı keçirilib.

Jurnalın məqsədi Azərbaycanda və dünyada inkişaf edən sosial-iqtisadi proseslərə “sol” yanaşmanı təqdim etməkdən ibarətdir. Bu sayın mövzusu “Marksın Qayıdışı” adlanır və XIX əsrdə yaşamış alman filosof və nəzəriyyəçi Karl Marksın mülahizələrinin son dövrlərdə beynəlxalq müstəvidə baş verən iqtisadi və siyasi hadisələr fonunda aktuallaşması ilə əlaqədar mövzuları əhatə edir. Tarix, iqtisadiyyat, antropologiya, sosiologiya, mədəniyyət və fəlsəfə bölmələrindən ibarət olan jurnalın cari sayında siz Azərbaycanda sol hərəkatların tarixi, istehlak cəmiyyəti və yadlaşma, qlobal maliyyə böhranı və digər maraqlı yazılara rast gələ bilərsiniz.

Bu sayda yer alan yazılar barədə daha ətraflı məlumat və oxucularla əlaqə üçün rəsmi vebsaytı - onbirincitezis.org fəaliyyət göstərir. “XI TEZIS” bir qrup könüllü tərəfindən hazırlanır və rüblük olaraq çap edilməsi nəzərdə tutulur.

# 2917 dəfə oxunub

Müəllifin son yazıları

# # #