Tanınmış şair vəfat etdi

Tanınmış şair vəfat etdi
25 dekabr 2015
# 11:14

Tanınmış rəssam, şair Məmməd Dəmirçioğlu dünyasını dəyişib.

Bu barədə Kulisə şair-rəssamın yaxınları məlumat verib. Qeyd edək ki, o, səhər saatlarında ürək tutmasından vəfat edib.”

M.Dəmirçioğlu sabah Qazaxın İncə dərəsində - dünyaya göz açdığı Qaymaqlı kəndində torpağa tapşırılacaq.

M.Dəmirçioğlu 1951-ci ildə anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsinə daxil olub. Oranı fərqlənmə ilə bitirib, 1983-cü ildən 1990-cı ilə qədər Özbəkistanın Namanqan, Andican, Samarqand və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərib. İyirmi Yanvar faciəsindən sonra vətənə qayıdıb və Bakı şəhərində yaşayıb fəaliyyət göstərib. Uzun müddət yazdığı şeirləri heç bir mətbu orqanda dərc etdirməyib və "Dəmirçioğlunu dindir" adlı ilk şeirlər toplumu 2004-cü ildə işıq üzü görüb. Ardınca "Eşqəm", "Səhra gülləri" və 2011-ci ildə 60-cı yaşının "Söz-söz açılan göy üzü" kitablarını nəşr etdirib. AYB-nin üzvü olub.

Allah rəhmət eıləsin.

# 1056 dəfə oxunub

Müəllifin son yazıları

# # #