Gənc yazar Anarı sərt tənqid etdi: “Qanun tanımırsız!”

Gənc yazar Anarı sərt tənqid etdi: “Qanun tanımırsız!”
20 fevral 2020
# 10:22

Gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə namizədliyini verəcəyini açıqlayan Emil Rasimoğlu sözü gedən qurumun qurultayının gecikdirilməsi ilə bağlı sərt açıqlama yazıb. Kulis.az həmin açıqlamanı təqdim edir.

“Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçirilməsi üçün nəzərdə tutulan vaxta (mart ayına) bir aydan da az müddət qalıb. Ancaq nə qurultayın günü təyin olunub, nə də qurultayla bağlı hazırlıqlar gedir.

Anar başda olmaqla AYB rəsmilərinin heç biri bu mövzudan belə söz açmır.

AYB-nin məlum qurultayı 2019-cu ildə keçirilməli idi, amma keçirilmədi. Artıq növbəti beşilliyin vaxtından gedir. Yoxsa, Anarın diktatorluğu, vəzifə hərisliyi sayəsində AYB-nin 2004-2014-cü illərdəki taleyi yenidən təkrarlanacaq?

Bəlkə, bir daha Yazıçılar Birliyi bir 5 illik fəaliyyətinə də qurultaysız başlayacaq? Təbii ki, Anarla...

Sanki Azərbaycan Yazıçılar Birliyində atılan bütün addımlar Anarın o kürsüdə əbədiyaşarlılığına, istəklərinə hesablanır. Yeri gəlsə, nizamnamə qaydaları belə pozulur, dəyişdirilir. Hətta o qurumda fəaliyyət göstərən rəsmilərin çıxışları belə Anara görə tənzimlənir. Belə olmasaydı, AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid deyərdimi ki, Anar müəllim istəsə sədr olaram. Adama deyərlər, ay gənclərin 55 yaşlı təmsilçisi, məgər AYB nizamnaməsi Anarın istəklərindən ibarətdirmi?! Yoxsa siz ümumiyyətlə heç bir qanunvericilik, nizamnamə tanımırsınız?”

# 3125 dəfə oxunub

Müəllifin son yazıları

# # #