Misirdə Ptolemey dövrünə aid xəzinələr tapıldı

Misirdə Ptolemey dövrünə aid xəzinələr tapıldı
9 yanvar 2024
# 15:24

İspan arxeoloqları Misirin Minya əyalətindəki Əl Bəhnasa nekropolunda Ptolemey və Roma dövrünə aid xəzinələr tapıblar.

Kulis.az xəbər verir ki, ispan arxeoloqları Minya qubernatorluğunun tarixi Əl Bəhnasa nekropolunda qayaüstü Ptolemey və Roma məzarları, mumiyalar, tabutlar, qızıl maskalar və heykəllər aşkar ediblər.

Barselona Universiteti və Qədim Yaxın Şərq İnstitutunun ispan komandasına arxeoloqlar Maite Maskort və Ester Pons Miladou rəhbərlik edir.

Misirin Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəzirinin sözlərinə görə, yeni kəşf bölgənin zəngin tarixinə daha çox işıq salır:

"Komanda həm Ptolemey (305-30), həm də Roma (e.ə. 30-641) dövrlərinə aid bir sıra qayaüstü qəbirləri aşkar edib. Bu məzarlıq o dövrün unikal dəfn üsullarını və bədii ifadələrini nümayiş etdirir”.


# 1824 dəfə oxunub

Müəllifin son yazıları

# # #